“Primakovla bağlı esse”

09:51 31-10-2019 | icon 975 | Köşə
“Primakovla bağlı esse”

Banan balığından həzzalmanın görüntüsü

 

İGİD TEYMURLU

 

SOS!!!

Başlandı!!!

 

Bunlar Azərbaycanı və özlərini nə hesab edirlər!?

 

Demək ki, bu məntiqlə erməniyə güllə atanlar da günün birində vaxtilə təlim məşq keçdikləri poliqondaca sıraya düzülüb güllələnəcəklər!?.

 

Demək ki, bu məntiqlə Qarabağ səması üstündə qıy vuran Kəsik Qollarımız, Kəsik Qıçlarımız bizim nankorluğumuza, bizim unutqanlığımıza baxıb bir ömür boyu haray çəkib qan ağlayacaqlar!?.

Demək ki, bu məntiqlə günün birində 20 min Şəhidimizin Yurd Yerlərində yenə də Kirovların əbədi heykəlləri ucaldılacaq. Kirovun əvəzinə Dağüstü Parkda Zori Balayanların, Aqanbekyanların, Monte Melkumyanların abidələri ətrafında bağ-bağça salınacaq, parklar tikiləcək. O parklarda erməni qızı manqurtlaşdırılmış Azərbaycan türküylə birgə keçirdiyi xoş saatlarda qarmaq atıb Selincerin banan balıqlarını ovlayıb nəşəli halda həzz alandan sonra o torpaq altında uyuyan nəslimizin ünvanına nələr və nələr söyləyəcək!?.

 

Demək ki, bu məntiqlə indi müqəddəs yer sandığımız Xiyabanlarımız elə sovet dönəmində olduğu kimi erməni qızlarıyla türk gəncləri üçün açıq səma altında  Hollandiyanın “qırımızı fanarlı küçələri” ni xatırladacaq, intim düşüncələrin gerçək məkanına çevriləcək!?.

 

Demək ki, bu məntiqlə paytaxt  Bakıdaca erməni konyakından vurub Paşinyansayağı yallı gediləcək, elə Paşinyansayağı da rumkanı bir yana, butulkanı bir yana qoyub, kepkalarını da gözlərinin üstünə basıb Şeytan qüllələrinin yanındakı otluqdan Bakını seyr edə-edə görumuza söyəcəklər!?.

 

Demək ki, bu məntiqlə günün birində yenə də Azərbaycan qızları küçə süpürməyə, erməni axçilərisə bir cibi fındıq, bir cibi də kişmiş ləpəsiylə dolu olan boynuyoğun gədələrin katibələri qismində “Böyük Ermənistan” şəninə əndamlarını oynadacaqlar!?.

 

Demək ki, bu məntiqlə indiki Azərbaycanda o səhnələri yaxın zamanlarda canlandırmaq üçün rekvizitlər hazırlanır, səhnəyə dizayn verilir, məşqlər keçirilir!?.

 

Öyləsə, onda bax elə bu məntiqlə 65 min Şəhidinin (AVMVİB-nin üzvləri ) məkanları uçmaq olsun, Azərbaycan!!!

 

Əgər doğrudan da, ölkənin nüfuzlu universitetlərindən birində 20 YANVAR QƏTLİAMInın ideoloqu və rəhbəri olmuş "YEVGENİ PRİMAKOVLA BAĞLI ESSE MÜSABİQƏSİ" keçirilirsə, sabah da Xocalının qatillərinə, 20 faiz torpaqlarımızı işğal edənlərə Bakının göbəyində heykəllər ucaldılacaq, yetişən nəsli həmin heykəllər qarşısında səcdə etdirəcəklər!!!

 

Necə ki, sovet dönəmində Azadlıq Mücahidlərimizi bizlərə unutdurur, əvəzindəsə ötən əsrin əvvəllərində Azərbaycan türklərinin məruz qaldıqları soyqırımların birbaşa təşklatçısı və rəhbəri olan Şaumyanlara, Avakyanlara, Androniklərə səcdə etdirirdilər!..

 

Millətimiz mətbu infuzorlar, siyasi möhtəkirlər tərəfindən Azadlıq Mücahidlərimiz şər-böhtan kampaniyasının hədəfinə çevriləndə, “erməni xalqı düşmənimiz deyil”, “yetişən nəsli erməniyə nifrət ruhunda böyütməməliyik” deyənlərə zamanında gərəkən reaksiyanı verib öz iradlarını bildirmədiklərinə görə indi də beşinci kalonun ayağı yer alıb. Yanvar qətliamının rəhbəriylə bağlı esse yazdırıb onların adını beləcə yetişən nəslin yaddaşına istədikləri, arzu etdikləri formatda həkk etmək həm dövlətçiliyimizə, həm də millətçiliyimizə həqarətdir!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR