“Bu qərar erməni lobbisinin Azərbaycan-ABŞ münasibətlərinə zərbə vurmaq cəhdidir"

16:31 31-10-2019 | icon 390 | Siyasət
“Bu qərar erməni lobbisinin Azərbaycan-ABŞ münasibətlərinə zərbə vurmaq cəhdidir"

“ABŞ Konqresinin Nümayəndələr Palatasında qondarma “erməni soyqırımı” ilə bağlı qərarın qəbul edilməsi təsadüfi deyil”.

 

Versus.Az xəbər verir ki, bunu bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov keçirdiyi brifinqdə bildirib.

 

S. Seyidov deyib ki, bu, qeyri-obyektiv və ikili standartlarla müşahidə olunan qərar kimi qiymətləndirilməlidir:

“Azərbaycan həmişə Türkiyənin yanındadır. Siyasiləşmiş qərarların qəbul edilməsi regionda vəziyyəti daha da gərginləşdirməyə xidmət edir. Qondarma “erməni soyqırımı” barədə qərar layihəsini Nümayəndələr Palatasına təqdim edənlər və dəstəkləyənlər “Dağlıq Qarabağın xarici işlər naziri” ilə Konqresdə görüşlər keçirib, dinləmələr təşkil edənlərdir. Bu məsələlər bir-biri ilə bağlıdır. Bütün bunlar həm Türkiyə, həm də Azərbaycana ciddi təsir göstərən məsələlərdir. Konqresdə “Artsax” adı altında dinləmələrin təşkil edilməsi ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri kimi nüfuzuna mənfi təsir göstərir. ABŞ Azərbaycanla münasibətlərdə özünü obyektiv tərəf kimi göstərir və Konqres tərəfindən belə addımların atılması ABŞ-ın regiondakı maraqlarına ziddir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri kimi Nümayəndələr Palatasında qəbul edilən qərarı pisləyirəm. Düşünürəm ki, bu, erməni lobbisinin Azərbaycan-ABŞ münasibətlərinə zərbə vurmaq cəhdidir. Həmin dinləmələrə gələn də yox idi, 10-15 nəfər iştirak edib. Konqresdə “Artsax” adı altında dinləmələrdə iştirak edənlər də Nümayəndələr Palatasına qondarma “soyqırımı” barədə layihə təqdim edənlərdir”.

 

Komitə sədri qeyd edib ki, Azərbaycan və ABŞ münasibətləri yüksək səviyyədədir, ABŞ-ın Azərbaycanın enerji layihələrinə dəstəyi göz qabağındadır:

“Amma Konqresdə fəaliyyət göstərən ermənipərəst qüvvələr Azərbaycan və Türkiyəyə zərbə vurmağa çalışmaqla bərabər, ən böyük zərbəni ABŞ-ın regiondakı maraqlarına vururlar ”.

 

S. Seydiov yaxın vaxtlarda Azərbaycan nümayəndə heyətinin ABŞ-a səfər edəcəyini də bildirib. /APA/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Sənədsiz evlərlə bağlı YENİLİK

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycanda yeni peyvənd VURULACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

Bakı-Sumqayıt qatarını DAŞLADILAR

COP29-un rəsmi saytı İSTİFADƏDƏ

Magistraturaya qəbul imtahanı verənlərin NƏZƏRİNƏ

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR

Dolların qiyməti ilə bağlı QƏRAR

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72