BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçiriləcək

19:59 31-10-2019 | icon 420 | Təhsil
BDU-da “Məktəblilərarası Astronomiya Olimpiadası” keçiriləcək

Dekabrın 1-də Bakı Dövlət Universitetində “Məktəblilərarası Astronomiya Olimpiadası” keçiriləcək.

 

Layihənin məqsədi şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyanın geniş yerə sahib olması üçün cəmiyyətin bu sahəyə daha çox təşviq edilməsi və rəqabət mühitinin formalaşdırılmasıdır.

 

Bakı şəhəri üzrə ümumtəhsil məktəblərini əhatə edən olimpiadada IX-X sinif şagirdləri öz bilik və bacarıqlarını nümayiş etdirə biləcəklər.

 

Olimpiadanın təşkilatçıları Bakı Dövlət Universiteti, Respublika Uşaq Gəncklər İnkişaf Mərkəzi, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Tusi-Bohm Planetariumudur.

 

Qeyd edək ki, “Məktəblilərarası Astronomiya Olimpiadası” Azərbaycan Respublikası Təhsil Nazirliyinin "İnkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi" çərçivəsində həyata keçiriləcək, qaliblər sertifikatvə hədiyyələrlə mükafatlandırılacaqlar.

 

İştirak etmək üçün aşağıdakı linkdən və ya təşkilatçıların internet səhifələrindən qeydiyyatdan keçə bilərlər. Qeydiyyat 10 noyabr saat 23:59-a qədər davam edəcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR