Bakıya 458 yeni lift gətirilib

11:27 01-11-2019 | icon 545 | İqtisadiyyat
Bakıya 458 yeni lift gətirilib

Bakı Şəhər İcra Hakimiyyətinin məlumatına görə, Almaniya Federativ Respublikasının "Wittur Holding GMBH" şirkəti ilə imzalanmıış müqavilə əsasında bu il 542 liftin Bakıya gətirilməsi nəzərdə tutulub. İlk işlər pilot layihəsi kimi Nizami rayonunda başlanıb, sonradan isə bu işlər digər rayonlarda davam etdirilib.

 

Versus.Az xəbər verir ki, hazırda müqavilədə nəzərdə tutulan 542 ədəd liftin 458-i artıq Bakıya gətirilib. Bu günə kimi 162 ədəd lift quraşdırılaraq Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən qeydiyyata alınıb və istismarına icazə verilib. Hazırda paytaxtın Nizami, Qaradağ, Xətai, Nərimanov, Binəqədi, Sabunçu, Yasamal və Nəsimi rayonlarında 296 ədəd yeni liftin quraşdırılması işləri aparılır.

 

“Lifttəmir” İstehsalat Birliyi tərəfindən eyni zamanda istismar müddəti bitməyən liftlərin də təmir işləri aparılır. Liftlərə texniki xidmət göstərilməsi işlərini daha da yaxşılaşdırılması üçün vahid dispetçer məntəqəsi yaradılır, işçi personalın texniki biliklərinin artırılması üçün əlavə işlər görülür.

 

Yeni liftər müasir elekton sistemlə təchiz olunmuş, elektrik xətlərində açılma zamanı YPS sistemi movcuddur ki, vətəndaşlar avtomatik təxliyə olunur. Görmə qabiliyyəti məhdud olan şəxslər liftdən istifadəsi üçün çöl və içəri düymələrində mərtəbələr göstəriciləri brayl əlibası ilə işarələnib.

 

Bakı şəhəri üzrə çoxmərtəbəli binalarda istismar müddəti ötmüş liftlərin dəyişdirilməsi gələn ildə də davam etdiriləcək və yeni liftlər alınaraq istismar müddəti ötən digər liftlərin də dəyişdirilməsi aparılacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR