Yığmamızın daha bir voleybolçusu Səudiyyə Ərəbistanı klubuna keçib
Kişilərdən ibarət Azərbaycan milli komandasının voleybolçusu Rəsul İbrahimovun yeni klubu müəyyənləşib.
Versus.Az xəbər verir ki, 31 yaşlı hücumçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
192 sm boya malik voleybolçu “AlSalam” klubu ilə müqavilə imzalayıb. O, yığmadakı komanda yoldaşı Andrey Vasilenkodan sonra bu kluba keçən ikinci təmsilçimiz olub.
R.İbrahimovun anlaşması bir mövsümü əhatə edir. O, 2019/20 mövsümündə Asiya təmsilçisinin formasını geyinəcək. /APA/
Versus.Az
Xəbər lenti
Rusiyaya məxsus helikopter aerodromda məhv edildi
Helikopter Rusiya Ordusunun logistik ehtiyaclarını və təxliyə...