Bələdiyyə seçkilərində iştirak edəcək siyasi partiyaların sayı 11-ə çatıb


Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün müraciət edən siyasi partiyaların sayı 11-ə çatıb.
Versus.Az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Komissiya sədri Məzahir Pənahov məlumat verib. O bildirib ki, Vətəndaş Həmrəyliyi Partiyasının dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsinin qeydə alınması ilə seçkilərdə iştirak edəcək siyasi partiyaların sayı 11-ə çatıb.
Bundan əvvəl Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası və “Ana Vətən” Partiyasının səlahiyyəti nümayəndələri qeydə alınıb.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. Respublika üzrə 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Xatırladaq ki, sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.

Xəbər lenti

AXCP də parlament seçkilərində iştirak etməyə qərar verib
"Tam gücümüzlə bələdiyyə və növbədənkənar parlament seçkilərinə hazırlaşırıq, uğur qazanacağımıza da inanırıq"
DADP da növbədənkənar parlament seçkilərində iştirak edəcək
"Azərbaycan vətəndaşları Türkiyə xəstəxanalarında güzəştlərə malik olacaq"
"AB Dağlıq Qarabağ münaqişəsini həll edən deyil..."
Bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlili fərdi yaşayış evləri ilə təmin olundu
"Rəsmi kanallar çərivəsində irəliləyiş olmasa..."
"Münaqişə həll olunandan sonra ermənilərlə Qarabağda sülh şəraitində yaşamağa hazırıq"
Azərbaycan və Rusiya dəmir yolları arasında əməkdaşlıq genişlənir
Sabah yağış yağacaq
ALDP seçkilərlə bağlı qərarını verdi
Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb
İlk dəfə “Tövrat” orijinaldan Azərbaycan dilinə tərcümə edilib
Filarmoniyada anım gecəsi təşkil olunub
YAP nümayəndələri umummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Xəstəxanada yanğın
Bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
İrəli
