“Bu cür hərəkətlər onların sifariş aldıqları “dairələr” qarşısındakı öhdəliklərindən qaynaqlanır”

16:59 16-04-2018 | icon 972 | KİV
“Bu cür hərəkətlər onların sifariş aldıqları “dairələr” qarşısındakı öhdəliklərindən qaynaqlanır”

 

Vüqar Rəhimzadə: “Qoy xarici qrantlarla qidalanan bu cür ünsürlər xalq qarşısında başı aşağı olsunlar”

 

“Bu gün ölkəmizdə azad mətbuatın inkişafı, KİV-in maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin sosial rifahının daha da yaxşılaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Son illərdə KİV layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibi olan qəzet redaksiyalarına ayrılan maliyyə yardımları və digər vəsaitlər, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçirdiyi fərdi jurnalist yazıları müsabiqələri, xüsusilə də KİV nümayəndələrinə təmənnasız olaraq mənzillərin veilməsi bu reallığı bir daha ortaya qoyur. Təəssüf ki, bəzi hallarda bu sahədə atılan müsbət addımlara qara yaxmağa çalışan üzdəniraqlar əsassız və qərəzli fikirlər səsləndirirlər. Hesab edirəm ki, bu cür hərəkətlər onların sifariş aldıqları “dairələr” qarşısındakı öhdəliklərindən qaynaqlanır.”

 

Bu fikirləri Versus.Az-a Milli Şuranın aprelin 14-də keçirdiyi icazəli mitinqdə keçmiş ədliyyə generalı Vidadi Mirkamalın dövlət tərəfindən mənzillə təmin edilən, orden və medalla təltif olunan bütün jurnalistləri həyasız adlandıraraq onları hakimiyyətin qulu timsalında təqdim etməsinə açıqlamasında “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib:

 

““Milli Şura”nın aprelin 14-də keçirilən mitinqində jurnalistləri hədəf götürmək, ev alan, orden və medallarla təltif olunan KİV nümayəndələrinə ləkə yaxmağa çalışmaq dar düşüncənin məhsuludur və qərəzdən başqa bir şey deyil. Bu gün dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda müxtəlif sahələrdə çalışan peşə sahibləri səmərəli fəaliyyətlərinə görə mütəmadi olaraq mükafatlandırılırlar. Təbii ki, bu, həmin insanların fəaliyyətlərini daha da stimullaşdırmaq məqsədi daşıyır, dövlətin öz vətəndaşına nə qədər böyük dəyər verdiyini göstərir.”

 

Jurnalistlərin də hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayan V.Rəhimzadə qeyd edib ki, milli mətbuatımızın yaranmasının yubileyləri mərasimlərində KİV-in inkişafında xidmətləri olan jurnalistlər orden və medallarla təltif olunurlar:

 

“Çox xoşbəxtəm ki, mən də bu sıradayam və müxtəlif vaxtlarda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən fəxri ad və medalla təltif olunmuşam. Bu, mənim üçün böyük fəxrdir. Hər zaman bu dövlətə, xalqa müxalif olan, xarici dairələrin əlində alətə çevrilən bəzi xainlərin yalan, böhtan xarakterli fikirlərinin isə heç bir mənası və əsası yoxdur. Biz jurnalistlər əsl vətəndaşlıq mövqeyi nümayiş etdirərək öz dövlətimizə, xalqımıza xidmət etməkdən qürur duyuruq. Qoy mənbəyi və mənşəyi məlum olmayan xarici qrantlarla qidalanan bu cür ünsürlər xalq qarşısında başı aşağı olsunlar. Əgər daxillərində zərrə qədər də olsa vicdan varsa...”

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR