Quru əncirin MÖCÜZƏVİ FAYDALARI

01:23 07-11-2019 | icon 419 | Sağlamlıq
Quru əncirin MÖCÜZƏVİ FAYDALARI

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz əncirli südün inanılmaz faydalarını bilirdinizmi?

 

Əncirin insan sağlamlığına möcüzəvi faydaları ilə yanaşı, qurudulmuş ənciri südün içərisində saxlayıb içmək iki qat daha faydalıdır.

 

Versus.Az Medicina.Az-a istinadən əncirli südün insan sağlamlığı üçün möcüzəvi təsiri haqqında maraqlı faktları təqdim edir:

 

Əncirlə südün birlikdə qarışımından alınan ləziz qida orqanizmi zəngin vitaminlərlə təmin etməkdən əlavə qəbizlik, öskürək, boğaz ağrısı kimi bir çox xəstəliklərin də qarşısını alır.

 

Qəbizlik üçün əncirli südü necə istifadə etməli?

Südü qazın üzərində qaynadın. Qaynayan südün içərisinə 3 və ya 4 ədəd əncir qurusu əlavə edib qarışdırın. Əncirlə birlikdə 5 dəqiqə qaynatdıqdan sonra, qarışımı blenderdən keçirin. Pürə halına gəldikdən sonra qatı halda olan qarışımı ilıq vəziyyətdə için. Bu qarışımı həftədə 2 dəfə etməniz kifayətdir. Ən az 1 ay sonra qəbizlik probleminə vida edəcəksiniz.

 

Öskürək üçün əncirli südün hazırlanma qaydası isə belədir:

Ümumiyyətlə əncir tərkibindəki vitaminlər sayəsində sinəni yumşaldaraq soyuqdəymə zamanı yaranan problemləri aradan qaldırır. Bronxit və öskürək kimi sağlamlıq problemlərində, bəlğəmli öskürək zamanı çox faydalıdır. İki su stəkanı qaynadılmamış (çiy) südün içərisinə 2 ədəd əncir qurusu doğrayın. Qazda 20-30 dəqiqə qaynatdıqdan sonra, isti halda için. Bu qarışımı vəziyyətdən asılı olaraq gün ərzində 2 dəfə qəbul etmək olar.

 

Əncirli süd qarışımı boğaz ağrısının da birəbir dərmanıdır:

2-3 ədəd əncir qurusunu 2 çay qaşığı balla birlikdə isti suda qarışdırın. Çay əvəzinə gündə 2 dəfə bu qarışımı hazırlayıb içmək boğaz ağrısının təbii dərmanıdır.

Əgər siz ağartı məhsullarından istifadə edə bilmirsizsə, süd içə bilmirsinizsə, qurudulmuş əncir yeyin. Onların tərkibindəki vitaminlər orqanizmi, kalsium, fosforla təmin edir. Gün ərzində 3 ədəd quru əncir yemək tövsiyə edilir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR