“Vüqar Həşimov”dan ardıcıl üçüncü qələbə

14:47 13-11-2019 | icon 353 | İdman
“Vüqar Həşimov”dan ardıcıl üçüncü qələbə

Monteneqronun Ultsin şəhərində keçirilən şahmat üzrə XXXV klublararası Avropa Kubokunda III turun oyunları keçirilib.

 

Versus.Az xəbər verir ki, kişilərin yarışında “Vüqar Həşimov” klubu Rusiyanın “Primorski Rayonu” komandasını 3,5:2,5 hesabı ilə məğlub edərək üçüncü qələbəsini qazanıb.

 

Şəhriyar Məmmədyarov bu tur debüt edib. Gücünə görə turnirin ən güclü komandası sayılan Şimali Makedoniya “Alkaloid”i Rusiyanın “Mednı Vsadnik” (gücünə görə ikinci komandadır – S.M.) komandasına uduzub – 2,5:3,5. Şəhriyar Məmmədyarov birinci lövhədə qara fiqurlarla Leynyer Dominqes Pereslə heç-heçə edib.

 

Nicat Abbasovun çıxış etdiyi “Rayka Rapid”i Niderland “MuKonsult” komandasına eyni hesabla uduzub. Nicat Maks Varmerdamla heç-heçə edib. Nərgiz Umudovanın çıxış etdiyi Belçika “Eşikye Mözan”ı da Fransanın “Müluz” komandasına 2,5:3,5 hesabı ilə məğlub olub. Nərgiz Eliot Papadiamandisə məğlub olub.

 

Hazırda “Vüqar Həşimov” klubu altı xalla beşinci sıradadır. Dörd xala malik “Alkaloid” 15-ci, iki xal toplamış “Eşikye Mözan” və “Rayka Rapid” müvafiq olaraq 37 və 39-cudur.

 

Qadınların yarışında isə “Odlar Yurdu” Çexiyanın “Novı Bor” komandası ilə heç-heçə edib – 2:2. “Odlar Yurdu” turnir cədvəlində yerini dəyişməyib. Komandamız hazırda dörd xalla yenə dördüncü yerdə qərarlaşıb.

 

Qeyd edək ki, “Vüqar Həşimov” bu gün turnir cədvəlinin lideri olan Rusiyanın “Molodyojka” komandası ilə görüşəcək. “Odlar Yurdu” isə hazırda ikinci sırada olan Ukraynanın “Kiev Şahmat Federasiyası” komandası ilə qarşılaşacaq. /Oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı