Şahmatçılarımız Avropa Kubokunda nə qədər pul qazanıb?

14:32 18-11-2019 | icon 313 | İdman
Şahmatçılarımız Avropa Kubokunda nə qədər pul qazanıb?

Xəbər verdiyimiz kimi, Monteneqronun Ultsin şəhərində keçirilən şahmat klubları arasında Avropa Kuboku başa çatıb.

 

Versus.Az xəbər verir ki, kişilərin yarışında “Vüqar Həşimov”, qadınlarda isə “Odlar Yurdu” medalsız qalıb.

 

Yeni yaranmış və debüt edən “Vüqar Həşimov” 10 xalla səkkizinci sırada yarışı bitirib. Komandamız ilk “altılığ”a düşsəydi, medal qazanmasaydı da, pul mükafatına yiyələnəcəkdi. Məsələn, altıncı yerin sahibi olan Norveçin “Volerenqa” klubuna 1000 avro pul verilib. 

 

Çempion olan “Obiettivo Rizarçimento” (İtaliya) 11 min, gümüş medalçı “Novı Bor” (Çexiya) 7 min, bürünc mükafatçı “Mednı Vsadnik” (Rusiya) 3500 avro qazanıb. Şəhriyar Məmmədyarovun çıxış etdiyi Makedoniya “Alkaloid”i dördüncü yeri tutduğuna görə 2 min və “Moskva” şahmat komandası beşinci pillənin sahibi olduğuna görə 1500 avro əldə edib. Səkkiz şahmatçı arasında 2 min avronun bərabər şəkildə bölüşdürüldüyünü nəzərə alsaq, Şəhriyar komanda yarışından cəmi 250 avro qazanıb. 

 

SOCAR-ın maliyyələşdirdiyi “Odlar Yurdu” isə pul mükafatına yiyələnə bilib. Son turda qalib gəlməklə xalını səkkizə yüksəldən və dördüncü sıranı tutan komandamıza 1500 avro verilib. Qızıl medalçı olan Batumi “Nona”sı 6 min, gümüş mükafatçı Kiyev Şahmat Federasiyasının komandası 4 min və üçüncü yeri tutan Monakonun “Şahmat Dairəsi” klubu 2500 avro pul mükafatına sahib çıxıb.

 

Xatırladaq ki, yeddi şahmatçımız fərdi mübarizədə medal qazanıb. Şəhriyar Məmmədyarov və Əhməd Əhmədzadə qızıl, Aydın Süleymanlı və Zeynəb Məmmədyarova gümüş, Rauf Məmmədov, Günay Məmmədzadə və Xanım Balacayeva bürünc medal qazanıblar. Şəhriyarla Əhmədin hər birinə buna görə əlavə 400 avro verilib. /Oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür