Ər-Riyad ABŞ-ın İrana qarşı sanksiyaların bərpasını alqışlayır

10:09 21-11-2019 | icon 402 | Dünya
Ər-Riyad ABŞ-ın İrana qarşı sanksiyaların bərpasını alqışlayır

Səudiyyə Ərəbistanı, ABŞ-ın İrana Fordo bölgəsindəki nüvə obyektinə görə tətbiq edilən sanksiyalardan istisnaların qaldırılması qərarını alqışlayır.

 

Versus.Az xəbər verir ki, bunu Krallığın Xarici İşlər Nazirliyi bəyan edib.

 

Daha əvvəl ABŞ-ın dövlət katibi Mayk Pompeo Vaşinqtonun 15 dekabr 2019-cu il tarixindən etibarən Fordodakı nüvə obyektinə görə İrana qarşı tətbiq olunan sanksiyalardan azad edilməsini qərarını ləğv edəcəyini bildirmişdi. O, qeyd edib ki, Tehranın bu müəssisədə uran zənginləşdirilməsinə başlamaq qərarına cavab olaraq belə bir qərar verilib.

 

Səudiyyə Ərəbistanının XİN-nin "Twitter" səhifəsində deyilir:

"Xarici İşlər Nazirliyindəki (Səudiyyə Ərəbistanı) mənbə bildirir ki, Səudiyyə Ərəbistanı Krallığı ABŞ-ın İranın Fordo nüvə obyektinin 15 dekabr 2019-cu il tarixindən etibarən sanksiyalardan çıxarılmasının dayandırılması qərarını alqışlayır və məmnuniyyətini ifadə edir."

 

Hal hazırda Tehran və Ər-Riyad arasında münasibətlər kəsilib. Səudiyyə Ərəbistanı İranı Yəməndəki hərbi-siyasi qarşıdurmada və Husi üsyançılarını dəstəkləməkdə günahlandırır, Tehran isə krallığı və koalisiyanı Yəmənlilərə qarşı cinayətlərdə ittiham edərək, ölkənin bombalanmasına son verilməsini tələb edir. Bundan əlavə, Ər-Riyad İranı sentyabrın 14-də Səudiyyə Ərəbistanının neft obyektlərinə dron vasitələri ilə hücumda günahlandırıb, Tehran isə bu iddiaları rədd edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR