İnternetdə ən çox axtarılan söz açıqlandı

12:19 04-12-2019 | icon 400 | Maraqlı
İnternetdə ən çox axtarılan söz açıqlandı

ABŞ-da 2019-cu ildə internet istifadəçilərinin ən çox axtardıqları söz “ekzistensial” sözü olub.

 

Buna görə ABŞ-ın “Dictionary” onlayn lüğəti “ekzistensial” sözünü ilin ən populyar sözü adlandırıb.

 

Lüğətə görə, 2019-cu ildə bu termin siyasətçilər tərəfindən tez-tez istifadə edilməsinə görə axtarış sorğularında lider olub.

 

“Ekzistensial həm sifət kimi, həm də mövzu kimi 2019-cu ildə üstünlük təşkil edən iqlim dəyişikliyi, silah istifadəsi və demokratik təsisatlarla bağlı müzakirələrdə önəmli yer tutub”, - deyə “Dictionary” bildirib.

 

Bundan başqa, “ekzistensial” sözü Honkonqda, Brexitdəki etirazların müzakirələri və “Notr-Dam”dakı yanğınlar zamanı səslənib.

 

Eyni zamanda, ABŞ senatoru Berni Sanders iqlim dəyişikliyinin “ekzistensial təhlükə yaratdığını” söyləyib. Bu açıqlamadan sonra sözün axtarışlarda sayı 179 faz artıb.

 

Daha sonra ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden Prezident Donald Trampı “Amerikanın ekzistensial təhlükəsi” adlandırıb və internet istifadəçilərinin bu sözə marağı 100 faiz artıb. /Oxu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR