BDU-da Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi ilə görüş keçirilib

15:32 05-12-2019 | icon 423 | Təhsil
BDU-da Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi ilə görüş keçirilib

Bakı Dövlət Universitetində (BDU) Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Haulin Jao ilə görüş keçirilib.

 

BDU-dan Versus.Az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan rektor Elçin Babayev Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Haulin Jaonu 100 illik tarixi olan Bakı Dövlət Universitetində görməkdən məmnunluğunu ifadə edib. Elçin Babayev Azərbaycanda telekommunikasiya sahəsində mövcud vəziyyət, eyni zamanda qarşıya qoyulmuş vəzifələr barədə məlumat verib. Bakıda keçirilən XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel-2019” sərgisinin əhəmiyyətini vurğulayan rektor, artıq ənənəyə çevrilmiş sərgiyə, bu il daha çox ölkənin qatıldığını vurğulayıb. Bildirib ki, informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı gənclərin həyatında eləcə də beynəlxalq əlaqələrin intensivliyinin artmasında mühüm rol oynayır.

 

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxış edərək Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqının 193 üzvündən biri olduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci vitse- prezident Mehriban xanım Əliyevanın “Bakutel-2019” sərgisini ziyarət etdiyini diqqətə çatdırıb. Elmir Vəlizadə həmçinin Azərbaycanın BTİ-də yüksək səviyyədə təmsil olunduğunu və əlaqələrin genişləndirilməsi üçün geniş imkanları olduğunu bildirib. O, bu görüşü Bakı Dövlət Universitetinin 100 illik yubileyi çərçivəsində keçirilən görüşlərin davamı kimi qiymətləndirib. İnformasiya texnologiyaları əsri olduğunu, tələbələri zamanı düzgün dəyərləndirməyi tövsiyə edib.

 


Sonra çıxış edən Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Haulin Jao müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının inkişafına böyük diqqət göstərildiyini deyib. Azərbaycanın eləcə də dünyanın İKT sahəsində çoxsaylı aparıcı şirkətləri ilə tərəfdaşlıq əlaqələri qurduğunu qeyd edən Haulin Jao BDU tələbələrini də innovativ layihələrlə beynəlxalq sərgilərdə təmsil olunmağa çağırıb. O, bu görüşün yeni texnologiyaların, təcrübə mübadiləsinin və işgüzar əlaqələrin qurulmasındakı əhəmiyyətindən danışıb. Həmçinin, tələbələrin kreativ ideyalarını dəstəkləməkdə maraqlı olduqlarını bildirib, uğurlu layihələri üçün mentor xidmətləri, investisiyaların cəlb olunması barədə məlumat verib.

 

Sonda zamanın tələblərinə uyğun olaraq informasiya kommunikasiya texnologiyalarının yüksələn xətlə inkişafını vurğulayan Haulin Jao tələbələrin sualları cavablandırılıb.

 

Qeyd edək ki, tədbirdə həmçinin BTİ-nin MDB ölkələri üzrə regional bölməsinin rəhbəri Kiril Oparin, Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin rəhbəri, Fövqəladə və səahiyyətli səfir, Vaqif Sadıqov, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin aparıcı məsləhətçisi Xəyalə Paşazadə də iştirak ediblər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR