"YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik"

13:16 06-12-2019 | icon 454 | Siyasət
"YAP-ın seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik"

Majoritar seçki olsa da, parlament seçkilərində hansı namizədin iştirak edəcəyini siyasi partiyalar müəyyənləşdirir. Ona görə də Yeni Azərbaycan Partiyasının seçkilərdə hansı namizədlərin iştirak edəcəyi ilə bağlı qərarını gözləyirik. Bu qərar necə olacaqsa, onun icrasına bütün partiya üzvləri qoşulacaq.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

 

Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərlə bağlı qərarı müəyyən vaxt çərçivəsində elan edilməlidir:

"Biz həmin vaxt çərçivəsində qərarımızı elan edəcəyik. Daha sonra təbliğat-təşviqat kampaniyası başlanılacaq. Çalışacağıq ki, bütün gücümüzü sərf edərək namizədlərimizi dəstəkləyək".

 

B.Muradova Milli Məclisin buraxılması ilə bağlı artıq bütün hüquqi prosedurların həyata keçirildiyini xatırladıb. O əlavə edib ki, bundan sonra Seçki Məcəlləsinin müddəaları işə düşəcək:

"Yeni Azərbaycan Partiyası da daxil olmaqla, bütün siyasi partiyalar, eləcə də özünü bu seçkilərdə sınamaq istəyən hər bir kəs Seçki Məcəlləsinin müddəalarına uyğun şəkildə fəaliyyətini qurmalıdır. Biz hər zaman olduğu kimi bu seçkilərə hazırıq, seçkilərdə iştirak edəcəyik. Qalib gələcəyimizə çox böyük inamımız var. İnamımızı şərtləndirən əsas cəhət də bizim partiyanın qurucusu Heydər Əliyevin müəyyənləşdirdiyi siyasəti davam etdirən Prezident və YAP-ın sədrinin İlham Əliyev olması, sıralarında Azərbaycanın ən tanınmış şəxslərin olduğu YAP üzvlərinin çoxluğu, onların partiyaya olan münasibətidir. Ona görə də hesab edirəm ki, Yeni Azərbaycan Partiyası seçkilərdə ən yüksək səviyyədə təmsil olunacaq və qələbə yenə də bizim olacaq".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR