Azərbaycan və Rusiya dəmir yolları arasında əməkdaşlıq genişlənir

13:53 11-12-2019 | icon 518 | İqtisadiyyat
Azərbaycan və Rusiya dəmir yolları arasında əməkdaşlıq genişlənir

Rusiyanın paytaxtı Moskvada “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru Oleq Belozyorov arasında görüş keçirilib.

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsindən Versus.Az-a verilən məlumata görə, Oleq Belozyorov iki ölkənin dəmir yolları arasında əməkdaşlığın hazırki vəziyyətindən danışıb, bu əlaqələrin müsbət dinamikasını qeyd edib.

 

Beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətinin gücləndirilməsinin mühüm vəzifələrdən biri olduğunu bildirən Belozyorov bu sahədə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutunun əhəmiyyətini xüsusi vurğulayıb. Trans-Sibir magistralının potensialı ilə BTQ-nin “Şərq-Qərb” formatındakı imkanları arasında sinergiya layihəsi müzakirə edilib. Həmin layihənin inkişafı ilə bağlı bu ilin aprel ayında Pekində keçirilən "Bir Kəmər - Bir Yol" İkinci Beynəlxalq Konfransı çərçivəsində hər iki ölkənin dövlət başçılarından tövsiyələr alındığı bildirilib.

 

Cavid Qurbanov öz növbəsində, Rusiya Dəmir Yollarının rəhbərinə bu layihələr üzrə görülən işlər barədə məlumat verib, hər üç layihə üzrə fəaliyyətin uğurla davam etdiyini bildirib. Görüş zamanı bu marşrutlar boyunca birgə inteqrasiya edilmiş logistika məhsulunun hazırlanması məqsədilə texniki, texnoloji və təşkilati məsələlər də müzakirə edilib. Layihələrin təşviqi məqsədilə sərgilər, konfranslar, brifinqlər və digər reklam xarakterli tədbirlərdə iştirak da daxil olmaqla, birgə fəaliyyət planı razılaşdırılıb. Bu cür tədbirlərin yaxın vaxtlarda, daha dəqiq dekabrın sonunda Tokioda (Yaponiya), yanvarın axırında isə Nyu-Dehlidə (Hindistan) keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR