DADP da növbədənkənar parlament seçkilərində iştirak edəcək

14:26 11-12-2019 | icon 657 | Siyasət
DADP da növbədənkənar parlament seçkilərində iştirak edəcək

PARTİYA: "İqtidaryönlü partiyalarla birgə seçki blokunun yaradılması mümkündür"

 

Bü gün Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) İdarə Heyətinin növbəti iclası keçirlib.

 

Versus.Az-ın məlumatına görə, iclasda partiyanın 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakı haqqında məsələ müzakirə olunub.

 

Partiyanın sədri Əlisahib Hüseynov Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar prosesini təhlil edib və bu islahatları dəstəkləməyin vacibliyini vurğulayıb.

 

Ə.Hüseynov həmçinin növbədənkənar parlament seçkilərini zəruri edən səbəblər barədə danışıb və DADP-nin bu seçkilərdə fəal iştirak edəcəyini bildirib.

 

Müzakirələrin sonunda DADP İdarə Heyəti Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakı ilə bağlı qərar qəbul edib.

 

Qeyd edilib ki, DADP 25 seçki dairəsi üzrə namizəd irəli sürəcək.

 

Partiya tərəfindən müvafiq dairələr üzrə deputatlığa namizədliyi irəli sürülən şəxslər haqqında yaxın günlərdə KİV-lərə əlavə məlumat veriləcək.

 

İclasda həmçinin iqtidaryönlü partiyalarla birgə seçki blokunun yaradılmasının mümkünlüyü məsələsi də müzakirə edilib.

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR