Dodaqlarını böyütmək istəyən aktrisa iynəni görəndən sonra kosmetoloqun kabinetindən qaçıb

06:54 13-12-2019 | icon 520 | Şou-biznes
Dodaqlarını böyütmək istəyən aktrisa iynəni görəndən sonra kosmetoloqun kabinetindən qaçıb

53 yaşlı Salma Hayek kosmetoloqun kabinetindən qaçıb. Hollivud aktrisası dodaqlarını böyütmək üçün gözəllik inyeksiyası etməkdən son anda vaz keçib.

 

Bu barədə "Cosmo.ru" xəbər verib.

 

Aktrisa “Boss kimi” filmində yeni rolu üçün hazırlıqlarından danışıb. O, yeni rolu üçün kosmetik maqnat  Kler Lunaya çevrilməli idi. Bunun üçün meksikalı aktrisa təkcə parik və rəngli linza istifadə etməklə kifayətlənməyib, görünüşünü tamamilə dəyişmək qərarına gəlib.

 

“Mən heç vaxt etmədiyim bir addım atmaq  - dodaqlarımı böyütmək istəyirdim”, - deyə Hayek etiraf edib. Bunun üçün o, kosmetoloqa müraciət edib.

 

Həkim prosedur üçün hazırlıqlara başlayıb və pasientinə bunun ağrılı olacağı barədə xəbərdarlıq edib. İynə üzünə yaxınlaşanda isə, aktrisa qəfil fikrini dəyişib.

 

“Yox, unut bunu. Mən hazır deyiləm”, - deyən Salma həkimin kabinetindən çıxıb.

 

Hollivud ulduzu xarici görünüşünü dəyişməyə hazır olmadığını bildirib.

 

Onun sözlərinə görə, nəsildə olan qadınların heç biri qocalıqdan qorxmayıb. Hayek də həmin mövqedə olaraq, yaşı ilə əlaqədar dəyişiklikləri ləyaqətlə qarşılamağı düşündüyünü bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür