Uşaqlar xəstə olmasın!..

12:04 10-10-2017 | icon 1656 | Uşaq Dünyası
Uşaqlar xəstə olmasın!..

Leyla Nəcəfli

Salam əziz oxucular. Bu gün bir uşağın mənim ürəyimdə necə bir acı hiss yaratmasından danışacam…

…Bu gün anam məni ad günüm münasibətilə parka gəzməyə aparmışdı. Parkda xoşbəxtcəsinə oynayırdım, hər şey super idi. Adamlar çox idi. Uşaqlar oynaşır, böyüklər isə gəzişirdilər, oturacaqlarda əyləşənlər də var idi.

Diqqətimi oturacaqlardan birinin yanında dayanan uşaq arabası çəkdi. Heç nəyə fikir vermədən onunla oynamaq istədim. Beşikdə balaca bir qız uzanmışdı. Anası onu təmiz hava almağa gətirmişdi. Çox şirin qız idi, onu oynatmaq istədim. Ancaq qız heç cür mənə səs vermədi, tərpənmədi də…

Sonra anamdan bunun səbəbini soruşdum. Anam uşağın xəstə olduğunu dedi. Mən çox kədərləndim. Anama dedim ki, axı o uşaq soyuq su içməyib, dondurma yeməyib nədən xəstələnib? Çünki mən həmişə elə bilirdim ki, uşaqlar yeni doğulduqları üçün onlar təmiz və sağlam olurlar. Xəstəliklər sonra gəlir… Amma belə deyilmiş…

Anam bəzən uşaqların elə ana bətnində xəstə olduğunu, doğulandan sonra əziyyət çəkdiyini dedi. Bu barədə anama çox suallarım oldu…

İndi o uşaq ağlımdan çıxmır. Hər dəfə azan oxunanda Allahıma dua edirəm ki, uşaqlar xəstə olmasınlar. Xəstə uşaqların valideynlərinin və hətta körpələrin də necə əziyyət çəkdiyini dillə demək olmur.

Axı bu uşaqların günahı nədir ki, xəstə doğulurlar?!

Fikirlərşəndə ki, bu uşaqlar iməkləməyəcək, yeriməyəcək, tay-tuşları ilə oynamayacaq, məktəbə getməyəcəklər… Çox kədərlənirəm… Məncə hər bir ana, ata istəyər ki, övladı ilə fərəh duysun, hamının yanında onu tərifləsin, onunla oynasın, gülsün…

Kaş hər yerdə elə həkimlər olsun ki, bel uşaqları müalicə edə bilsinlər, uşaqlar bu dünyaya sağlam gəlsinlər və ölkəmizdə sağlam insanların sayı çoxalsın.

Müəllimimiz həmişə deyir ki, bu günün uşaqları gələcəyin əsgəri, həkimi, müəllimi, memarı olur. Böyüklər bizə “siz bizim gələcəyimizsiniz”- deyirlər. Amma belə də olurmuş…

Əziz böyüklərimiz gələcəyimizi qoruyun, elə edin ki, uşaqlar xəstə olmasınlar!..

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı