Akademik Zərifə Əliyevanın xatirəsi anılıb

19:35 24-04-2018 | icon 611 | Cəmiyyət
Akademik Zərifə Əliyevanın xatirəsi anılıb

Görkəmli oftalmoloq, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi ilə əlaqədar Səbail rayonunda anım mərasimi keçirilib.

 

Səbail Rayon İcra Hakimiyyətindən Versus.Az-a verilən məlumata görə, tədbirdə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın həyatından bəhs edən film nümayiş olunub.

Tədbirdə çıxış edən tanınmış oftalmoloq alim, tibb elmləri doktoru Paşa Qəlbinur Zərifə Əliyevanın zəngin ömür yolundan, pedaqoji fəaliyyətindən, tibb elminə verdiyi töhfələrdən danışıb. Qeyd edilib ki, Azərbaycan tibb elminin, xüsusilə onun az inkişaf etmiş oftalmologiya sahəsinin inkişafında müstəsna xidmətləri olan Zərifə Əliyeva yorulmaz fəaliyyəti ilə insanlara daim nur bəxş edib, gözlərə işıq verib. Onun şəfalı əlləri ilə minlərlə xəstə müalicə olunub.

Tanınmış ictimai xadım, modelyer Fəxriyyə Xələfova Zərifə xanımla bağlı xatirələrindən danışıb.

 

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, Zərifə Əliyevanın elmi tədqiqatları, mürəkkəb cərrahiyyə əməliyyatları ilə yanaşı pedaqoji fəaliyyəti, peşəkar elmi kadrların yetişdirilməsindəki xidmətləri danılmazdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib. Azərbaycanda oftalmologiya sahəsində ilk akademik olmuş Zərifə xanım Əliyeva ictimai işlərdə də fəaliyyət göstərmiş, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan “Bilik” Cəmiyyətinin və Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuşdur.

 

Tədbirdə qeyd olunmuşdur ki, artıq 3 gündür ki, Səbail rayonunda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi ilə əlaqədar imkansız ailələrin nümayəndələri üçün pulsuz göz müayinələri keçirilir. Artıq yüzlərlə sakin aksiyada iştirak edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR