Bu jurnalistlərin soyğunçuluq məqsədilə öldürüldüyü təsdiqlənib

15:08 13-01-2020 | icon 878 | KİV
Bu jurnalistlərin soyğunçuluq məqsədilə öldürüldüyü təsdiqlənib

Rusiyalı jurnalistlər – Orxan Camal, Kirill Radçenko və Aleksandr Rastorquevin soyğunçuluq məqsədilə öldürülməsi versiyası təsdiqini tapıb.

 

Versus.Az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi sədrinin müavini İqor Krasnov “Kommersant” qəzetinə müsahibəsində bildirib.

 

O deyib ki, hadisənin araşdırılması zamanı məlum olub ki, qətl həmin regionda sistemli ağır cinayətlər törədən Mərkəzi Afrika Respublikası (MAR) və ya yaxın ölkələrin sakinləri tərəfindən soyğunçuluq məqsədilə törədilib.

 

İ.Krasnovun sözlərinə görə, O.Camal, K.Radçenko və A.Rastorquev 2018-ci il iyulun 28-də MAR-a turist vizası ilə səfər ediblər:

“Berenqo şəhərində rusiyalı hərbi təlimatçıların düşərgəsini ziyarətə buraxılmayandan sonra, ölkə boyu gecə hərəkətin təhlükəli olması barədə xəbərdarlığa baxmayaraq, jurnalistlər naməlum şəxslə görüşmək üçün iyulun 30-da Bambari şəhərinə gediblər. Bundan sonra jurnalistlərin olduğu avtomobil naməlum qaradərili silahlı şəxslər tərəfindən saxlanılıb. Silahlı şəxslər jurnalistlərdən avtomobili tərk etməyi və əşyalarını, o cümlədən fotokamera və videokameranı verməyi tələb ediblər. Jurnalistlər isə bundan imtina etdikdən sonra cinayətkarlar onları güllələyiblər”, - deyə Rusiya İstintaq Komitəsi sədrinin müavini vurğulayıb.

 

Qeyd edək ki, 2018-ci ilin yayında Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenko MAR-da fəaliyyət göstərən qeyri-formal silahlı qrup olan “Vaqner” barədə film çəkmək üçün həmin ölkəyə səfər ediblər. Onları həmin qrupun yerləşdiyi bazaya, təlim məşq düşərgəsinə buraxmayıblar. Jurnalistlərin MAR-da fəaliyyət göstərmələri üçün akkreditasiyaları da olmayıb. Jurnalist qrupunun MAR-na "Vaqner" barədə film çəkmək üçün rusiyalı müxalif milyarder Mixail Xodorkovski tərəfindən göndərildiyi bildirilib.

 

Xatırladaq ki, Rusiyanın tanınmış hərbi jurnalisti, ictimai xadim Orxan Camal görkəmli ictimai-siyasi xadim, islamşünas Heydər Camalın oğludur. /APA/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

Mədəkiçiltmə erasının sonu gəlir

“Yeni formalaşan parlament daha aktiv olacaq”

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Bölgələrdə mənzillər BAHALAŞDI

Biləcəridə evləri su basdı

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR

Ümummilli liderin xatirəsi yad olundu

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

İstanbul aeroportunda qorxu dolu anlar

Kütləvi imtahanlar elektron formada KEÇİRİLƏCƏK

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA