Mədəaltı vəzidə də daş yaranırmış

00:54 27-01-2020 | icon 596 | Sağlamlıq
Mədəaltı vəzidə də daş yaranırmış

Tibdə çox vaxt öd, sidik kisəsi, böyrəklərdə daşlardan danışılır, xəstələr də bu orqanlarda daş axtarır. Amma bizim ən kiçik orqanlarımızdan biri mədəaltı vəzidə də daşlar yaranırmış və belə bir fakt, diaqnoz tibdə var. Mədəaltı vəzin iltihabi xəstəliyi pankreatitin də səbəblərindən biri vəzidə daşların olmasıdır.

 
 
Versus.Az Medicina.az-a istinadən son zamanlar çox rast gəlinən mədəaltı vəz daşlarının yaranma səbəbləri və necə təyin olunmasını təqdim edir.
 
 
Mədəaltı vəzidə daş kimi görünən cisimlərə kalsinatlar deyilir. Mədəaltı vəzidə kalsinatlar aşkarlandıqda diaqnoz olaraq Pankreolitiaz qoyulur.
 
 
Dəqiq yaranma səbəbi tibbə məlum olmasa da, bir sıra faktorlar daşlara yarada bilir:
 
- Piylənmə
- Siqaret
- İçki
- Mədəaltı vəz axarlarının tutulması
- Xolesistit, pankreatit
- Oturaq həyat
 
- 40 yaşdan sonra yaş faktoru
- Diabet
- Uzun müddətli acqalma və dietalar
- Böyrəklərin xəstəlikləri
 
- Dərman və hormonal dərmanlar qəbulu
- İrsi genetik
- Naməlum səbəblər
 
 
Diaqnoz:
 
Yaxşı USM mütəxəssis elə UZİ müayinə zamanı daşları, kalsinatları görməlidir. Daha sonra KT ilə yeri dəqiqləşdirilir.
 
 
Əlamətləri:
 
Uzun müddətli, güclü ağrılar, mədə altından başlayıb qarın və kürəyə yayılan tutmalar
Arıqlama, iştahsızlıq, titrətmə və s.
 
 
Müalicə üçün xüsusi dərman terapiya seçilir və dieta təyin olunur. Ağır hallarda əməliyyat olunur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Sənədsiz evlərlə bağlı YENİLİK

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycanda yeni peyvənd VURULACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Dolların qiyməti ilə bağlı QƏRAR

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

“Trabzonspor” klubu futbolçusunu cəzalandıracaq

Utandıran XƏSTƏLİK

İnfarkt riskinizi özünüz ölçün