Qənirə Paşayevanın təşəbbüsü ilə Efelerdə Azərbaycan Bakı parkı və Xocalı soyqırımı abidəsi

19:28 08-05-2018 | icon 990 | Siyasət
Qənirə Paşayevanın təşəbbüsü ilə Efelerdə Azərbaycan Bakı parkı və Xocalı soyqırımı abidəsi

 

“Azərbaycan adını Efelerdə yaşatmağın qürurunu yaşayırıq”

 

 

“Türkiyənin qədim bölgələrindən biri olan Efelerdə Azərbaycan Bakı parkı və Xocalı soyqırımı abidəsinin açılışında yüzlərlə insan iştirak edib. Efeler bələdiyyəsi bölgəsinin mərkəzində yerləşən Azərbaycan Bakı parkı və Xocalı soyqırımı abidəsi millət vəkili Qənirə Paşayevanın və Efeler Türk Ocaqlarının təşəbbüsü ilə hazırlanıb”.

 

 

Versus.Az-ın məlumatına görə, bunu parkın və abidənin açılışıda Efeler bələdiyyə başqanı Mesut Özakcan deyib.

 

Xocalı soyqırımı qurbanlarının acısını əks etdirən fəryad edən ana abidəsi parkın mərkəzində ucaldılıb. "Azərbaycan Bakı parkı" və Xocalı soyqırımı abidəsinin açılışında Azərbaycan və Türkiyə rəsmiləri, Efeler bələdiyyəsinin rəhbəri, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun rəsmiləri, QHT, mediya nümayəndələri və yüzlərlə yerli sakinlər iştirak edib. Azərbaycan və Türkiyənin dövlət himinin səslənməsiylə başlayan açılış mərasimində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

 

Çıxışında “biz Azərbaycanın səsi olmağa hər zaman hazır olduq və bu, sözdə qalmadı” deyən Mesut Özakcan “Azərbaycan adını Efelerdə yaşatmağın qürurunu yaşayırıq” deyib.

 

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva çıxışına ümumilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" sözləriylə başlayıb. Millət vəkili vurğulayıb ki, Azərbaycan və Türkiyə qardaşlığı atılan hər addımda, ərsəyə gələn bütün işlərdə özünü ortaya qoymaqdadır:

 

"Hər bir türk övladı həm də Qarabağlıdır. Siz nə qədər Qarabağlı olursanız səsimizi dünyaya o qədər çox çatdıra bilərik. Axı o torpaqlarda günahsızca qətl edilən insanlar bizim qardaş, bacılarımızdı. Bu gün qədim Şuşamızın işğalçı Ermənistan tərəfindən işğal olunduğu gündür və bizim hamımız üçün çox ağır bir gündür və birlikdə bu işğalların bitməsi üçün daha da çox çalışmalıyıq. Birliyimizi daha da gücləndirməliyik".

 

Millət vəkili Xocalıda körpə yaşlı uşaqlarımızın erməni faşistləri tərəfindən vəhşiçə öldürülməsindən də danışıb, bu zülmə dünya birliyinin səssiz qaldığını deyib.

 

Çıxışlarda bir daha bu zülümlərin yaşanmaması üçün gəncliyin Qarabağda baş verənləri yaddaşlarına yazmağın zəruriliyi dilə gətirilib. Bildirilib ki, belə abidələr və parkalar Türk dünyasının dörd bir yanında açılmalıdır:

 

“Biz birlikdə Azərbaycan və Türkiyəyə qarşı terror hadisələri, cinayətlər, işğallar həyata keçirənlərə qarşı mübarizəmizi daha da gücləndirməliyik, gücləndiririk və inşallah onların ədalət qarşısında cavab vermələrinə də nail olacağıq”.

 

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyədə baş verən hadisələrlə bağlı verdiyi məsajlara xüsusi toxunan Q.Paşayeva qeyd edib ki, cənab Prezident əsl qardaşlığın necə olduğunu hər kəsə göstərdi və bu, dosta da düşmana da çox önəmli məsaj oldu:

 

“Dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq. Bu gün Türkiyədə bu cür parkların, abidələrin açılması çox önəmlidir, eyni zamanda dosta da düşmana da bir mesajdır. Torpaqlarımızın işğaldan azad olunacağı gün də uzaq deyil”.

 

Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan Qənirə Paşayeva vurğulayıb ki, güc birlikdədir və birlikdə ədalətsizliklərə qarşı daha güclü mübarizə aparmaq lazımdır:

 

"Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. İnşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda, Şuşamızda, Xocalımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil. Allah insanımıza hər zaman hər yerdə yardımçı olsun".

 

Efeler bələdiyyə başqanı, Efeler Türk Ocaqları başqanı çıxışlarında hər zaman qardaş Azərbaycanın yanındayıq deyiblər. Millət vəkili Q.Paşayeva bildirib ki Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün Türkiyənin bir çox şəhərlərində "Xocalı", "Qarabağ" və s. adı ilə abidələr və parkların açılması ənənəsi davam edir.

 

Xocalı soyqırımı abidəsinin önündə toplaşan qonaqlar Efelerin mərkəzində "Azərbaycan Bakı parkı"nın və "Xocalı soyqırımı" abidəsinin bundan sonra efelilərin ən çox ziyarət yerinə çevriləcəyi deyilib. Qarabağda günahsız insanlara edilən erməni zülmünün hər türkün yaddaşlarına həkk etməsi üçün elə bu abidənin önündə yazılan məlumatları oxuması kifayət edəcəyi bildirilib.

 

Qənirə Paşayeva abidə önündə tədbir iştirakçılarına Qarabağ həqiqətləri, Xocalı soyqırmı və abidə ilə bağlı geniş məlumatlar verib, jurnalistlərin suallarını cavablandırıb. Abidənin hazırlanmasında dəstək göstərən və əməyi olan hər kəsə təşəkkürünü bildirib.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR