Misirdə AXC-nin 100 illiyi münasibətilə konsert təşkil olunub

10:31 14-05-2018 | icon 155 | Mədəniyyət
Misirdə AXC-nin 100 illiyi münasibətilə konsert təşkil olunub

Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibəti ilə Misirin paytaxti Qahirə şəhərinin Ritz Carlton mehmanxanasında rəsmi ziyafət və konsert proqramı təşkil olunub.

 

Versus.Az xəbər verir ki, tədbir parlamentin sədr müavini Süleyman Vahdan, parlamentin baş katibi Əhməd Saadəddin, parlament daimi komissiyalarının sədrləri, deputatlar, xarici işlər naziri, mədəniyyət naziri ,turizm naziri, təhsil nazirinin müavinləri, ictimai təşkilatların rəhbərləri, xarici ölkələrin səfirləri, Misirdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Tədbirin giriş sözü ilə açan səfir Tural Rzayev qonaqlara Azərbaycan Demokratik Respublikasının tarixindən danışıb, müasir dövlətimizin əldə etdiyi nailiyyətlərdən bəhs etmiş, ölkəmizin iqtisadi, elmi, mədəni , turizm potensialına diqqət çəkib, beynəlxalq təşkilatların qətnamə, qərar, bəyanat, tövsiyələrinə baxmayaraq, hələdə ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğalının davam etdiyini bildirib.

Tədbir iştirakçıları Azərbaycanın qədim tarixindən, zəngin mədəniyyətindən, füsunkar təbiətindən, gözəl memarlıq abidələrindən, qış və yay turizm potensialından, iqtisadi nailiyyətlərindən bəhs edən sənədli filmə baxıblar. Sonra Azərbaycanın tanınmış dizayneri Leyla Əliyevanın kolleksiyasından olan “Azərbaycanın milli paltarları ” adlı moda nümayişi tədbir iştirakçılarının böyük marağına səbəb olub.

 

Tədbirin konsert proqramı Azərbaycan Dövlət Filarmoniyasının rəqs qrupu tərəfindən mahir şəkildə ifa olunan, “Yallı”, “Tərəkəmə”, “Ağ çiçəyim”, “Qaytağı” və “Naz eləmə” rəqsləri ilə davam edib.

Daha sonra əməkdar incəsənət xadimi Səlim Abbasovun ifasında populyar Azərbaycan və Ərəb musiqiləri səsləndirilib. İstedadlı kəman ustasının spesifik ifa tərzi tədbir iştirakçılarının gurultulu alqışları ilə qarşılanıb. Ziyafət iştirakçılarına Azərbaycan Demokratik Respublikasının 100 illiyi logosu ilə bəzədilmiş hədiyyə paketi təqdim olunub.

Azərbaycanın Misirdəki Səfirliyi tərəfindən təşkil olunan rəsmi qəbul və konsert proqramı haqqında xəbər və reportajlar artıq televiziya kanalında yayımlanıb, ölkədə nüfuzlu və yüksək tirajlı qəzetlərdə çap olunub.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Turan Qurultayının bağlanışında Türk dünyasına Qarabağ çağırışı

Macarıstanda Azərbaycan sərgisi açılıb

Millət vəkili İraq, Krım, Tatarıstan və Noqay türklərinin təmsilçiləri ilə görüşüb

Buğacın Azərbaycan bölgələrindən biri ilə qardaşlaması təklifi

Türkmənistan, Qırğızıstan və Rusiyada yaşayan türk xalqlarının təmsilçiləri ilə görüş

Şöbə müdiri olmaq istəyənlərin nəzərinə

Millət vəkili Macarıstanda Qarabağdan danışıb

Nazirlikdən XƏBƏRDARLIQ

İxtisas seçimi bu gün başa çatır

Bu il 700 bal toplayan abituriyentlər rekord sayda olub

İlk dərs bu mövzulara həsr olunacaq

Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq

Siçanlar üzərində aparılan təcrübə göstərib ki...

Bakının bəzi ərazilərində qaz olmayacaq

Bu müəllimlərin məsuliyyəti məsələsinə baxılacaq