Azərbaycan mediası karantin vəziyyətində

16:41 26-03-2020 | icon 1089 | KİV
Azərbaycan mediası karantin vəziyyətində

Müşfiq Ələsgərli: "Mətbuat dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq şəraitində özünü yaxşı göstərir, təəssüflər olsun ki..."

 

“Azərbaycanın peşəkar mediası karantin vəziyyətində özünü çox yaxşı təqdim edir. Buraya həm ənənəvi, həm də onlayn media daxildir”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli ölkədə pandemiyaya qarşı görülən tədbirlərdə mətbuatın rolundan danışarkən deyib.

 

Onun sözlərinə görə, istər əhalinin maariflənməsində, düzgün informasiya çatıdırlmasında, istərsə də yersiz panikanın qarşısının alınmasında mətbuat dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq şəraitində özünü yaxşı göstərir.

 

Müşfiq Ələsgərli hesab edir ki, belə məsələlər ortaya çıxanda hər zaman olduğu kimi, yenə də daha çox sosial medaida süni panikanın yaranmasına xidmət edən nümunələrə rast gəlinir:

“Onların monitorinqi göstərir ki, belə profillərin çoxu ölkə xaricindən idarə edilir. Lakin təəssüf ki, ölkə daxilində müəyyən qüvvələrə xidmət edən şəxslər də ya bilərəkdən, ya da bilməyərəkdən onların bu kampaniyasına qoşulurlar. Lakin bütövlükdə Azərbaycan jurnalistikası öz işinin öhdəsindən yaxşı gəlir”. /moderator.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

Mədəkiçiltmə erasının sonu gəlir

"Gürcüstan inqilaba hamilə deyil"

“Yeni formalaşan parlament daha aktiv olacaq”

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Bölgələrdə mənzillər BAHALAŞDI

Biləcəridə evləri su basdı

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR

Ümummilli liderin xatirəsi yad olundu

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

İstanbul aeroportunda qorxu dolu anlar

Kütləvi imtahanlar elektron formada KEÇİRİLƏCƏK

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA