”…Qoy görən desin yarı var” davranışı

11:11 01-02-2018 | icon 919 | Köşə
”…Qoy görən desin yarı var” davranışı

İGİD TEYMURLU

RƏSULZADƏ BÜSTÜ, ÖLÜLƏR PANTEONU VƏ MİLLİ ŞURA koMANQASI LÜTFƏN, RƏSULZADƏ SEVGİSİYLƏ SİYASİ PODİUMA ÇIXMAYIN, EY SİYASİ PARTİYA RƏHBƏRLƏRİ VƏ İCTİMAİ FƏALLAR. İNCİMƏYİN, SİZLƏR ÖLÜLƏR PANTEONUNUN SAKİNLƏRİSİNİZ. ÖZÜNÜZDƏN UTANMAYACAQ DƏRƏCƏDƏ BÖYÜK OLUN. Nöşününü Siz Biganələrə, Siz Unutqanlara ərz edəcəyim modern nağılda deyəcəm…

Biri var idi, biri yox idi. Paytaxt Bakının göbəyindəcə “Ulduz” metrostansiyasının yaxınlığında bir zavod var idi. Adına “ŞİNZAVOD” deyərdilər və elə indi də belə deyilir….

Yox, belə getsə başınız ağrımasın, başağrısı olacaq, qoy kəsəsi deyim. Bu gün feysbuk qəhrəmanlarının demək olar ki, hamısı, başda siyasi partiya yetkililəri olmaq şərtilə Cümhuriyyətimizin qurucularından olan RƏSULZADƏNİN DOĞUM GÜNÜNÜ qutlamaqla “qoy görən desin yarı var” davranışı sərgiləməkdədilər. Siyasi podiumda incə bellərini oynadan siyasi və ədəbi modelyerlər xalq hərəkatı başlayan zaman “it hürən, yoxsa işıq gələn tərəfə gedək” deyə vurnuxmaqdaykən həmin bu ŞİN ZAVODUNUN DİREKTORU FELMAR ƏLƏKBƏRLİ Cümhuriyyətimizin Qurucusuna elə rəhbərlik etdiyi müəssisənin həyətindəcə abidə ucaltdı – AZƏRBAYCANDA RƏSULADƏYƏ UCALDILAN İLK ABİDƏ….

İndi də o abidə baxımsız bir vəziyyətdədir. Mən o abidəni tanıyandan ta bu günədək o abidənin nazını çəkənlər sırasında VƏTƏNDAŞ HƏMRƏYLİYİ PARTİYASININ BİR ÇOX (tam yox) FUNKSİONERLƏRİ VƏ FELMAR ƏLƏKBƏRLİDƏN BAŞQA HEÇ BİR SİYASİ QURUM RƏHBƏRİNİ, HEÇ BİR İCTİMAİ FƏALInı bu büstü ziyarət edən, qarşısına gül-çiçək qoyan GÖRMƏDİM. Elə RƏİS RƏSULZADƏNİN ÖZÜNÜ DƏ BU ABİDƏYƏ MÜNASİBƏTDƏ SAYĞISIZ GÖRDÜM…

Qaldı ki, Cəmil Həsənlinin “MİLLİ ŞURA” adlı koMANQASIna, onların da başı deyəsən MƏHSUL YIĞIMINA QARIŞIB. Özlərini elə göstərirlər ki, guya Rəsulzadənin adı gələndə bunların dilləri ağızlarında tir-tir əsir. Hanı bə? Nədən bu bəylər və xanımlar Rəsulzadə adına ilk olaraq yapılan büstü görməzliyə vurur, onu hakim elitanın nümayəndələrindən də artıq ucuz tuturlar? Maraqlı olan bir məqamı da vurğulayım. Mənim VHP Ali Məclisinin sədri RAFİQ BƏY MANAFLIya böyük hörmətim var. Məlumat üçün bildirim ki, Rafiq bəy də elə həmin Cəmil Həsənlinin həmin koMANQASInın üzvlərindən biridir. Elə isə necə olur ki, bir “Milli Şura üzvü” olaraq Rafiq bəy öz cəbhədaşlarını unudulan Rəsulzadə büstüylə tanış edib, başqalarına örnək ola biləcək addım atmır? Yox əgər həmin Cəmil Həsənlinin həmin koMANQASI Rafiq bəyin fikirlərini “priznavat” eləmirsə, onda VHP FUNKSİONERİNİN BU BİGANƏLƏR ARASINDA NƏ İŞİ VAR? Rafiq bəy Manaflı VHP-çi kimi davranmaq əvəzinə özünü daha çox elə həmin Cəmil Həsənlinin həmin koMANQASInın daşıyıcısı kimi aparırsa, dolayı yolla bu halın özü öz partiyadaşının əməlinə olan laqeydlik kimi görünür. Uman yerdən küsüldüyündən mən də öz iradımı Rafiq bəyə bildirirəm ki, bol məhsulu öz tarlasında qoyub, qonşudan gələn paya ümid olmasın…
Danışdıqlarım modern nağıl olduğu üçün daha göydən də üç alma düşmür… Düşsə belə, Ölülər Panteonuna nə xeyri…

P.S: Görəsən RƏİS RƏSULZADƏ çəkdiyi tablolarda bu peyzajı verə bilərmi və necə?

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı