2012-nin fərqli qışı

17:24 21-12-2017 | icon 931 | Köşə
2012-nin fərqli qışı

Əmrah Fəqanoğlu

Yəqin xatırlayırsınız: 2012-ci ilin qışı bütün halda tarixə fərqli bir şəkildə yazıldı… Bir tərəfdə inamsızlıq, o biri tərəfədə ümid. Bir tərəfədə zülmətin, o biri tərəfdə işığın zəfərinə ümid bəsləyənlər… Mən də həmin il dekabrın 15-də bu yazını klaviaturada qaralamışdım (qələmə almışdım yazacaqdım az qala).

15.12.2012, 14:04

…Bu gün işə gələndə ilk dəfə qışın soyuq nəfəsini duydum. Bumbuz, ölüm kimi soyuq nəfəsini. Nədənsə mənə elə gəldi ki, məhz ağaclar da elə bu soyuq, şaxta nəfəsli gündən etibarən qış yuxusuna gediblər. Çünki budaqların üstündə olub-qalan son yarpaqların taleyi artıq küləyin necə əsməyindən asılı idi. Bu yarpaqlar nə zamansa həmin ağacların ümid yeri, qürur mənbəyi idi. İndi isə ölümə məhkum olunublar, ən yaxşı halda son mənzilləri qara torpaq olacaq. Eynən «dünya mənimdir» iddiası ilə bir zaman yer üzündə şəstlə gəzib-dolaşan, sonda isə saralıb-solan, bir ovuc torpaga çevrilən insan övladı kimi. Yəqin elə bu səbəbdən yaranıb bu deyim:

– İnsan nədir?
– Yaşıl yarpaq.
– Sonu nədir?
– Qara torpaq…

Keçən illə müqayisədə qışın soyuq nəfəsi buralara bir qədər gec gəlib çatıb. Elə bil əksər canlıları qış yuxusuna aparan qışın özü də qış yuxusunda imiş və qəfil ayılıb ki, bəs, getmək zamanıdır.

Maraqlıdır ki, builki qış həm də məhşur «21 dekabr – dünyanın sonu» xofu ilə qol-boyun gələcək. Mayalılar da durub-durub özlərindən əndirəbadi bir təqvim düzəldiblər, hansı ki, bu təqvimə görə guya 2012-ci il dekabrın 21-dən başlayaraq Yer planetini 5 günlük qaranlıq saracaq. Elə bir zülmət ki, göz-gözü görməyəcək. Bu azmış kimi, elektrik enerjisi, rabitə əlaqəsi kəsiləcək. İnsanlar gəmi qəzasından sonra heç kəsin ayaq basmadığı uzaq bir adaya düşmüş Robinzon Kruzonun üzləşdiyi şəraitsizlikdən də ağır durumla üzbəüz qalacaqlar. Nə isə, mayalılar iddia edirlər ki, bu, çox çətin sınaq olacaq. NASA alimləri, o cümlədən dünyanın bir sıra nüfuzlu astronomları isə öz müşahidələri və ən müasir cihazların köməyilə apardıqları hesablamalar nəticəsində maya təqviminə əsalanan informasiyaların cəfəngiyyat olduğunu bildirirlər. Xoşbəxtlikdən çoxluq da məhz elmi nəticələrə və bəşəriyyətin taleyinin heç də hansısa tayfanın icad elədiyi təqvimlə müəyyən olunmadığına inanır və dekabrın 21-nin gözəl günlərdən biri olacağına ümid edir. İlahiyyatçı alimlər də öz növbəsində dünyanın sonunun nə vaxt olacağını yalnız gözəgörünməz və uca Tanrının bildiyini və insan övladının bu barədə bilgi verməkdə aciz olduğunu söyləyirlər. Ortaya atılmış «dünyanın sonu» xofunun arxasında bəzi qurumların biznes maraqlarının olduğunu deyənlərə də haqq qazandırmaya bilmirsən… Ayrı-ayrı ölkələrdə «qiyamət günü»nə özünəməxsus şəkildə hazırlıq görənlər barədə eşidəndə isə adamın dodaqlarına ikrah dolu təbəssüm qonur.

2012-nin qışı bütün halda tarixə fərqli bir şəkildə yazılacaq. Bir tərəfdə inamsızlıq, o biri tərəfədə ümid. Bir tərəfdə zülmətin, o biri tərəfdə işığın zəfərinə ümid bəsləyənlər. Necə deyərlər, fəlsəfənin əksliklərin vəhdəti qanununda olduğu kimi. O qanunda birbaşa gösətrilir ki, istər materiyada, istərsə də insan cəmiyyətində əksliklərin mübarizəsi olmadan inkişaf mümkünsüzdür. Belə çıxır ki, bu qışın gəlişi bizlər üçün daha düşərli olacaq.

Hə, qış qapımızdadı. Qarı da olacaq təbii, şaxtası da, buzu da… Qartopu oynayanda əllərimizin üşüməsinin də ayrıca ləzzəti var. Nə yaxşı ki, qış yuxusuna getmiş ağacların yaz gəlincə yenidən yamyaşıl yarpaqlara bürünəcəyi inamı adamın ürəyini üşüməyə qoymur. Əsas odur ki, ürəyimiz üşüməsin, əllərimiz müvəqqəti üşüsə də olar…

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Sənədsiz evlərlə bağlı YENİLİK

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycanda yeni peyvənd VURULACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR

Dolların qiyməti ilə bağlı QƏRAR

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

“Trabzonspor” klubu futbolçusunu cəzalandıracaq

Utandıran XƏSTƏLİK

İnfarkt riskinizi özünüz ölçün