AMEA Fizika İnstitutu gənc alimləri "Kiçik Akademiya"nın açılışında

12:13 06-06-2018 | icon 959 | Təhsil
AMEA Fizika İnstitutu gənc alimləri "Kiçik Akademiya"nın açılışında

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) Qaradağ rayonu 233 saylı məktəbdə görüş keçirib.

 

Versus.Az xəbər verir ki, görüşdə məqsəd məktəbdə yeni yaradılan “Kiçik Elmi Akademiya”nın strukturu ilə tanış olmaq və məktəblilərə elmi-əyləncəli fiziki təcrübələr nümayiş etdirmək olub. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Gülər Bəbirova yeni yaradılmış “Kiçik Akademiya”nın fəaliyyəti haqqında məlumat verib və onun idarə heyəti ilə tədbir iştirakçılarını tanış edib. Bildirib ki, “Kiçik Akademiya”nın prezidenti məktəbin fizika müəlliməsi Günay Məmmədovadır.

 

Daha sonra tədbir Fizika İnstitutu GAMŞ-ın sədri, fizika üzrə fəlsəfə doktoru Qafil Dəmirovun çıxışı ilə davam edib. Q.Dəmirov qeyd edib ki, elm və təhsilə dövlət səviyyəsində diqqət və qayğı günbəgün artmaqdadır. Bu da ayrı-ayrı vaxtlarda qəbul olunan dövlət proqramlarında öz əksini tapır. Bildirib ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi bir sıra aidiyyatı qurumlarla, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə bir çox layihələr həyata keçirir. Bu uğurlu layihələrdən biri də orta təhsil müəssislərində kiçik akademiyaların yaradılmasıdır.  Bu cür akademiyaların yaradılmasında məqsəd respublika ümumtəhsil məktəblərində istedadlı gənclərin bilik və bacarıqlarının vaxtında aşkar edilməsi, şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, onlara dəstək olmaq və birgə elmi layihələrdə iştirak etmək vərdişlərinin aşılanmasından ibarətdir. Q.Dəmirov məktəblə əməkdaşlıqlarının gələcəkdə də davam edəcəyinə ümid etdiyini qeyd edib.

 

Tədbirdə GAMŞ-ın üzvü, fizika üzrə fəlsəfə doktoru Suma Hüseynova da çıxış edib. O, şagirdlərə dəstək olduqlarına görə müəllimlərə minnətdarlığını bildirib və onlara gələcək işlərində uğurlar arzulayıb.

 

Tədbirin sonunda elmi-əyləncəli şou nümayiş olunub. Məktəblilər də öz elmi-təcrübələrini Fizika İnstitutu GAMŞ-ın üzvlərinə təqdim ediblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR