“Paşinyan Sarkisyandan da irəliyə gedib təhlükəli addımlar atır”

16:06 08-06-2018 | icon 137 | Siyasət
“Paşinyan Sarkisyandan da irəliyə gedib təhlükəli addımlar atır”

Qabil Hüseynli: “Qərb yenə də regionla bağlı illüziyalara qapılır, bölgəni qarışdıran Rusiya isə istədiyini edir”

 

 

“Danışıqlar prosesində irəliləyişin olcağı qənaətində deyiləm. Çünki Ermənistandakı yeni hakimiyyət birmənalı qaydada Dağlıq Qarabağın tərəf kimi danışıqlar prosesinə cəlb edilməsini bir şərt kimi ortaya atır”.

 

Bunu Versus.Az-a politoloq Qabil Hüseynli erməni Nikol Paşinyanın Azərbaycan prezidenti ilə danışıqlara hazır olması və Dağlıq Qarabağ separatçı rejimin prosesdə tərəf kimi qəbul olunması ilə bağlı irəli sürdüyü şərtlər və Rusiya faktoru ərtafında verdiyi şərhində bildirib.

 

Politoloq hesab edir ki, təcrübəsiz və beynəlxalq münasibətləri yaxşı bilməyən Paşinyan populist çıxışları ilə daxili bazara oynayır və özünə xal yığmağa çalışır:

 

“Paşinyan milli baxışlarına görə Serj Sarkisyandan da irəliyə gedir. Bu adam çox təhlükəli addımlar atır. O, eyni zamanda Dağlıq Qarabağın de-yure tanıdılmasında ciddi addımlar atacağını bildirir. Məhz bu addımlardan da biri Dağlıq Qarabağ rejiminin danışıqlar prosesinə cəlb edilməsidir”.

 

Q.Hüseynli bildirib ki, məsələnin ən təhlükəli tərəfində Moskvanın XİN rəsmisi Lavrovun timsalında çox məkirli oyun oynaması dayanır:

 

“Rusiya açıq şəkildə Ermənistanı müdafiə edən siyasi manevrlərə gedir. Lavrov mətbuata söyləyir ki, Dağlıq Qarabağın danışıqlar prosesinə cəlb edilməsi Azərbaycan və Ermənistanın razılığından asılıdır. Axı Minsk variantında heç zaman danışıqlar prosesində qondarma respublikanın olması məsələsi olmayıb. Rusiyanın xarici işlər naziri bunu birmənalı qaydada təkzib edib, Minsk qrupunun həmsədr ölkəsi kimi danışqlar prosesinə konstruktiv təkan vermək əvəzinə müəmmalı mövqenin formalaşmasına xidmət edir, birmənalı mövqe ortaya qoymur.

Bu mənada Rusiya danışıqlar prosesinin dinamikası üçün əhəmiyyətli mövqeyə malikdir. Yəni Paşinyanın mövqeyi o qədər önəmli deyil. Amma biz Rusiyadan birmənalı mövqe görmürük və buna görə də təəccüblənməyə əsasımız yoxdur. Çünki Rusiya əvvəldən Ermənistanı müdafiə edir və vəziyyətin bu dərəcəyə gəlməsində “böyük rolu” var. Onu da söyləməliyik ki, bu beynəlxalq sülh praktikasına tamamilə zidd olan bir mövqedir”.

 

Q.Hüseynli bildirib ki, bu mənada bu gün danışıqlar prosesinin konstruktiv mövqedə inkişaf etməsinə şərait yoxdur:

 

“Bəli, Azərbaycan danışıqlar prosesinə “hə”deyib. Ermənistan tərəfi isə uzun illərdir danışıqlar prosesini sabote edir və demək olar ki, qarşısına qoyduğu məqsədə çatıb. Burda Rusiyanın kömyi həlledici rol oynayır”.

 

Politoloq regionda marağı olan Qərbin Rusiyanın Ermənistanı idarə etməsinə imkan verməyəcəyi ilə bağlı irəli sürülən fikirlərin indiki durumla müqayisədə qeyri-ciddi olduğunu bildirib. Onun qənaətinə görə, Qərb yenə də regionla bağlı illüziyalara qapılır:

 

“Çünki Qərb Ukrayna ilə yaranan problemləri hələ də həll edə bilmir. Qərbin Rusiya ilə bağlı fikirləri nə Ukraynada, nə Suriyada, nə də Gürcüstanda reallaşmayıb. Ona görə də Ermənistanı da öz nəzarətinə salması Qərbə çətin olacaq.  Ermənistanda iqtisadiyyat, sərhədlərin qorunması və bütün strateji sahələr hamısı Rusiyanın əlindədir. Faktiki olaraq Ermənistnın taleyi Rusiyanın əlindədir. Ona görə də Qərb, xüsusən Amerikanın hələ ki, Cənubi Qafqaza girmək üçün hazır konsepsiyası yoxdur. O da hələ ki, tərəddüdlər içərisindədir. Ona görə də bölgəni qarışdıran Rusiya istədiyini edir”.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Moskva Elçibəyi Yusif Sərrac obrazında ortaya buraxdı ki...” - LAYİHƏ

Sərdar Cəlaloğlu hiddətləndi: “O söyüşlərdən min dəfə artığı özünüzə aiddir”

37 saylı tam orta məktəbdə SON ZƏNG

İşğal olunmus təfəkkür... Stokholm sindromu və...

"Azərbaycan yeganə ölkədir ki..."

"Artıq Laçına gedən yola da ordumuz nəzarət edir"

Laçınlılar Mübariz Mənsimovun müdafiəsinə qalxdı

“Ömürlük müxalifətdə qalmaq fikrim yoxdur” - MÜSAHİBƏ

"Ermənistan XİN-in bəyanatı cəfəngiyyatdır"

"Əminik ki, Qarabağ işğaldan azad ediləcək"

Müdafiə Nazirliyi VİDEO yayıb

"Bu nə təhsil sistemimiz, nə də dövlət siyasətimiz baxımından qəbulolunandır"

75 əcnəbi qaçqın statusu alıb

"Qaçqın problemi indi bütün dünyanı silkələyən problemə çevrilib"

Hücum casusluq məqsədilə həyata keçirilib