MTRŞ və Mətbuat Şurasına bu səlahiyyət verildi

19:24 23-06-2020 | icon 532 | KİV
MTRŞ və Mətbuat Şurasına bu səlahiyyət verildi

Teleradio yayımlarında dövlət dili normalarının pozulmasına görə inzibati xətanı aşkar etmiş Milli Telveziya və Radio Şurasının sədri, onun müavinləri, Aparatın rəhbəri, onun müavini, şöbə müdiri, onun müavini, sektor müdiri, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədri, şöbə müdiri, sektor müdiri inzibati xətalar haqqında işlər üzrə protokol tərtib edəcək.

 

Versus.Az xəbər verir ki, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda edilən dəyişiklikdə əksini tapıb.

 

Digər kütləvi informasiya vasitələrinə münasibətdə inzibati xətanı aşkar etmiş Azərbaycan Mətbuat Şurası adından Şuranın sədri, onun müavini, Naxçıvan Mətbuat Şurasının sədri inzibati xətalar haqqında işlər üzrə protokol tərtib edəcək.

 

Eyni zamanda Nazirlər Kabineti  kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi adından protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslər barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

 

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə əlavə edilmiş 533-1-ci maddəyə (kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması) əsasən, kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə ediləcək. Qanun bu gündən qüvvəyə minib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

Mədəkiçiltmə erasının sonu gəlir

“Yeni formalaşan parlament daha aktiv olacaq”

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Bölgələrdə mənzillər BAHALAŞDI

Biləcəridə evləri su basdı

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR

Ümummilli liderin xatirəsi yad olundu

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

İstanbul aeroportunda qorxu dolu anlar

Kütləvi imtahanlar elektron formada KEÇİRİLƏCƏK

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA