"Paşinyan Moskvaya, Yerevana, Fransaya gedəndən sonra yenə mövqe dəyişəcək"

16:00 12-07-2023 | icon 1803 | Siyasət
"Paşinyan Moskvaya, Yerevana, Fransaya gedəndən sonra yenə mövqe dəyişəcək"

Razi Nurullayev: "Beynəlxalq təşkilatlar beynəlxalq hüquqa hörmətlə yanaşmadıqca, sülh sazişi olmayacaq”

 

“Bu, Azərbaycan qətiyyətli mövqeyini ortaya qoyur və hər dəfə də Ermənistanın haqsız olduğunu ortaya çıxarır. Ermənistanla aparılan danışıqların əhəmiyyəti ondan ibarətdir ki, getdikcə haqlı məsələmizdə beynəlxalq təşkilatlar və tərəfdaşlar daha açıq şəkildə Azərbaycanın yüksək ali şəxsinin səsləndirdiyi terminlərdən istifadə etməyə başlayırlar. Bu cür yanaşmalar isə Ermənistanın əl qolunu bağlamağa davam edir”.

 

Versus.Az xəbər verir ki, bunu deputat Razi Nurullayev Ermənistanla münasibətlər, sülh danışıqları prosesində Azərbaycanın aydın və məntiqli addımlarının beynəlxalq hüquqa əsaslanması ilə bağlı Prezidentin son çıxışında verdiyi mesajların əhəmiyyəti ilə bağlı açıqlamasında bildirib. 

 

R.Nurullayev bildirib ki, Prezident bu çıxışda Azərbaycanın daim danışıqlara töhvə verməyə çalışdığını, lakin Ermənistanın hər cür bəhanə ilə bu prosesdən yayındığını açıq şəkildə bəyan etməklə, qəti mövqe sərgiləyib.

 

Deputat eyni zamanda yaxın zamanlarda Ermənistanın mövqeyində ciddi dəyişikliyin olmasına inanmadığını qeyd edib:

 

“Çünki Ermənistan tərəfinin açıqlamaları və Ermənistan cəmiyyətində baş verən proseslər “bu xəmirin çox sua aparacağına” dəlalət edir. Danışıqlar hələ çox davam edəcək. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq, separatçılardan imtina etmək niyyətini hələ ki, dildə desə də, əməldə yerinə yetirmək istəyindən uzaqdlr. Ola bilsin ki, Paşinyan daxili müqavimətdən çəkinir, “bəlkə də qaytardılar” ideyası ilə yaşayır”.

 

R.Nurulayev bildirib ki, Ali Baş Komandan İlham Əliyev son çıxışında Ermənistanın danışıqlardan yayınmasında beynəlxalq aləmin missiyasını ona bir daha xatırladıb:

 

“Ermənistanın belə sərsəm mövqe sərgiləməsində onu ruhlandıran Fransa Prezidenti Emmanuel Makrondur. Onun üçün də Vaşinqton, Brüssel, Moskva danışıqları bir-birinin təkrarıdır, eyni məsələlər təkrar-təkrar müzakirəyə çıxarılır və bəzən elə olur ki, razılaşdırılan məsələ Paşinyanın oyunları ilə təzədən sıfır nöqtəsinə gətirilir. Ona görə də mən Brüssel görüşündə də sülh müqaviləsinin bağlanmasını gözləmirəm. Ola bilsin ki, yanaşmalarda, münasibətlərdə, mövqelərdə yaxınlaşma baş verir. Amma Paşinyan yenidən Moskvaya, Yerevana, Fransaya gedəndən sonra mövqe dəyişəcək. Beynəlxal təşkilatlar bu cür yanaşmalardan əl çəkməli, nəhayət beynəlxalq hüquqa hörmətlə yanaşmalıdır. Əks halda yaxın zamanlarda sülh sazişinin imzalanması da görünmür”.

 

PƏRİ

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

“Yeni formalaşan parlament daha aktiv olacaq”

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR

Ümummilli liderin xatirəsi yad olundu

İstanbul aeroportunda qorxu dolu anlar

Kütləvi imtahanlar elektron formada KEÇİRİLƏCƏK

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

1-ci Qarabağ müharibəsinin şəhidi Lerikdə dəfn edildi

Xəbərdarlıq RƏNGLƏRİ