Əməkdar jurnalistin səhhəti AĞIRLAŞIB

14:31 09-07-2020 | icon 1030 | KİV
Əməkdar jurnalistin səhhəti AĞIRLAŞIB

Əməkdar jurnalist, yazıçı-publisist, "Tərəqqi" medallı Ziyəddin Sultanovun səhhəti pisləşib, o, ağır vəziyyətdədir.



Versus.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin  sədru Məzahir Süleymanzadə bildirib.



“...Çox zəng elədik, heç olmasa, səsini eşitmək, hansısa bir arzusunu yerinə yetirmək istədik. Əlimiz çatmadı, ünümüz yetmədi. Ağsaqqalımız Əhməd İsayevin, dostumuz Tahir Aydınoğlunun Ziyəddinlə əlaqə saxlamaq cəhdləri alınmadı. Mənim də zəngim cavabsız qaldı... Nəhayət, Tahir Aydınoğlu Ziyəddinin bir cümləsini eşidə bildi... Deməli, vəziyyəti kritik olaraq qalır. Ümid Allahın mərhəmətinə və bizim dualarımızadır...

Ziyəddin Sultanov təkcə etibarlı dost, gözəl jurnalist deyil, həm də Ahıl Jurnalistlər Məclisinin Qarabağ bölgəsi üzrə nümayəndəsidir. Ümid edirik ki, əziz dostumuz tezliklə şəfa tapacaq, yenidən öz qələminə sarılacaq, işini davam etdirəcək, hamımızı sevindirəcəkdir”, - Məzahir Süleymanzadə bildirib. 



Qeyd edək ki, Z.Sultanov 1960-cı illərin ikinci yarısından mətbuat aləminə addım atıb. Həmin vaxtlar Ağdam rayonunda dərc olunan “Lenin yolu” qəzetinin səhifələrində ilk qələm təcrübələrini çap etdirib.



Sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.

Əmək fəaliyyətinə “Gənclik” nəşriyyatında redaktor kimi başlayıb (1979). Sonra “Azərbaycan gəncləri” qəzetində müxbir, “Kommunist” qəzetində müxbir və Qarabağ bölgəsi üzrə xüsusi müxbir işləyib, hazırda isə “Xalq qəzeti”nin Qarabağ bölgəsi üzrə xüsusi müxbiri vəzifəsində fəaliyyət göstərir.



Qarabağ müharibəsi başlandığı gündən cəbhə bölgələrində olan Ziyəddin Sultanov bir jurnalist kimi hadisələrin ən gərgin nöqtələrindən – Xankəndindən, Şuşadan, Ağdamdan, Laçından, Xocalıdan, Kəlbəcərdən xəbərlər verib. 


O, baş verən hadisələrə şahidlik edib, müharibə və onun doğurduğu faciələri ürək ağrısı ilə qələmə alaraq silsilə əsərlər yaradıb. 



“Qarabağ gündəliyi”, “Qarabağın qara günləri”, “Xocalı faciəsi”, “Ağdərədən gələn var”, “Əsirlər, itkinlər, girovlar”, “Qarabağ müharibəsi: faktlar, hadisələr, düşüncələr”, “Ürək dözmür ayrılığa”, “Göylərdən gələn gəlin”, “Gəlin gedək Qarabağa” və digər kitabları maraqla qarşılanıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

Mədəkiçiltmə erasının sonu gəlir

"Gürcüstan inqilaba hamilə deyil"

“Yeni formalaşan parlament daha aktiv olacaq”

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Bölgələrdə mənzillər BAHALAŞDI

Biləcəridə evləri su basdı

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR

Ümummilli liderin xatirəsi yad olundu

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

İstanbul aeroportunda qorxu dolu anlar

Kütləvi imtahanlar elektron formada KEÇİRİLƏCƏK

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA