“Bu gün ZURNAlistlərin yox, əsl JURNALİSTlərin günüdür”

08:42 22-07-2020 | icon 646 | KİV
“Bu gün ZURNAlistlərin yox, əsl JURNALİSTlərin günüdür”

Hafiz Hacıyev: “Qələminiz iti, sözünüz kəsərli, xəbərləriniz qərəzsiz olsun”

 

“Siyasətdə, beynəlxalq aləmdə baş verən yeniliklərin cəmiyyətdə işıqlandırılmasında medianın rolu əvəzsizdir”.

 

Versus.Az xəbər verir ki, bu sözləri Milli Mətbuat günündə jurnalistləri təbrik edən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

 

İstər iqtidar, istərsə də müxalifətyönümlü qəzet və xəbər portallarının hər birinə açıq olan MMP sədri belə bir gündə heç kimə fərq qoymaq istəmədiyini vurğulayıb.

 

H.Hacıyev qeyd edib ki, vaxtilə partiyasının eyni adda qəzeti işıq üzü görürdü və redaksiya qərərgahla eyni binada yerləşdiyi üçün istər-istəməz jurnalistlərlə sıx görüşürdü:

 

“Həmin vaxtlar demək olar ki, jurnalistikanın da sirlərinə az-çox bələd olurdum. Çox əziyyətli işdir, böyük zəhmət tələb edən peşədir. Bu gün ortalığı qarışdıran, ucuz informasiyaya qaçan ZURNAlistlərin günü yox, dövlətçiliyimizin maraqlarından çıxış edən əsl JURNALİSTlərin günüdür.

22 iyul Milli Mətbuat və Jurnalistika günü münasibətilə bütün media nümayəndələrini Müasir Müsavat Partiaysı, şəxsən öz adımdan təbrik edirəm. Qələminiz iti, sözünüz kəsərli, xəbərləriniz qərəzsiz olsun”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

Mədəkiçiltmə erasının sonu gəlir

"Gürcüstan inqilaba hamilə deyil"

“Yeni formalaşan parlament daha aktiv olacaq”

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Bölgələrdə mənzillər BAHALAŞDI

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

Biləcəridə evləri su basdı

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR

Ümummilli liderin xatirəsi yad olundu

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

İstanbul aeroportunda qorxu dolu anlar

Kütləvi imtahanlar elektron formada KEÇİRİLƏCƏK

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA