“Jurnalist var doğrunun, jurnalist də var yalanın ardınca qaçır”

09:04 22-07-2020 | icon 803 | KİV
“Jurnalist var doğrunun, jurnalist də var yalanın ardınca qaçır”

Könül İsmayılova: “Ümid edirəm və arzulayıram ki, vətənsevərliyiniz, dövlətçiliyiniz dəyərləndiriləcək”

 

“Bu gün Azərbaycan mətbuatının yarandığı gündür. İşim elədir ki, daim jurnalistlərlə ünsiyyətdə oluram. Bəlkə də bu üzdəndir ki, bu gün onlarla bahəm sevinc hissi keçirirəm”.

 

Versus.Az xəbər verir ki, bunu jurnalistləri Milli Mətbuat günü münasibətilə jurnalistləri təbrik edən Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova deyib.

 

Könül xanım təəssüflə qeyd edib ki, hər sahədə olduğu kimi, bəzən jurnalistikada da işinin peşəkərı olmayan naşılara rast gəlinir:

 

“Jurnalist var doğrunun ardınca qaçır, jurnalist də var yalanın. Doğrunun dalınca qaşanlar cəmiyyəti məlumatlandırmaq istəyənlərdir, yalanın dalınca qaçanlar isə kimlərinsə maraqlarını təmin edənlərdir. Çox sevinirəm ki, mənim ətrafımdakı jurnalistlər qələmlərinə, sözlərinə hörmət edən, ucuz sensasiyaya ardınca qaçmayan insanlardır. Mən bu gün məhz həmin ucuz sensasiya axtarışında olmayan, dövlətçilik maraqlarını hər şeydən yüksəkdə tutan jurnalistləri təbrik edirəm. Qələminiz iti olsun. Ümid edirəm və arzulayıram ki, zəhmətkeşliyiniz, vətənsevərliyiniz, dövlətçiliyiniz dəyərləndiriləcək, layiq olduğunuz mükafatı əldə edəcəksiniz, mənim əziz dostlarım.

Əziz jurnalistlər, bir daha hər birinizi Milli Mətbuat Günü münasibətilə təbrik edir, uğurlar arzulayıram”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

“Yeni formalaşan parlament daha aktiv olacaq”

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

Bölgələrdə mənzillər BAHALAŞDI

Biləcəridə evləri su basdı

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR

Ümummilli liderin xatirəsi yad olundu

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

İstanbul aeroportunda qorxu dolu anlar

Kütləvi imtahanlar elektron formada KEÇİRİLƏCƏK

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA