Jurnalist Əmrah Fəqanoğlu ilə bağlı məsələ araşdırılır

18:09 05-08-2020 | icon 704 | KİV
Jurnalist Əmrah Fəqanoğlu ilə bağlı məsələ araşdırılır

Mərhum jurnalist Əmrah Fəqanoğlunun mobil telefonu müalicə aldığı xəstəxanada itib. 

 

Versus.Az xəbər verir ki, bunu mərhumun oğlu Kənan Əmrahoğlu jurnaslitin sosial şəbəkə hesabında ictimailəşdirib.

 

“Hörmətli dostlar. Çox xahiş edirəm xəbərin ictimailəşməsinə və bu məsələnin həll olmasında mənə kömək olardınız.

17 iyul 2020 ci il tarixdən 28 iyul 2020 ci il tarixə qədər özünə təhvil verdiyim Əmrah Fəqanoğluna məxsus olan telefon müalicə aldığı "Yeni Klinika" tərəfindən ailəsi və yaxınlarına təhvil verilməyib və oğurlanıb,itib adı altında məlumat verilib. Bu cür məsuliyyətsizlik və mənəvi dəyəri olan şəxsi əşyanın qaytarılmaması yolverilməzdir”.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, məsələdən məlumatlıdırlar. Onun sözlərinə görə, xəstəxanaya girişdə xəstələrin şəxsi əşyaları siyahıya alınır:

 

 

“Klinikadan verilən məlumata görə, həmin siyahıda mərhumun şəxsi əşyaları arasında telefon olmayıb. Daha sonradan pasiyentə ailəsi tərəfindən hər hansı şəxsi əşyaları gətirilmə ehtimalı var, hansı ki, hansısa personal tərəfindən içəri keçirilə bilərdi. Bununla bağlı da Klinika araşdırma aparır”.

 

TƏBİB rəsmisinin sözlərinə görə, bu barədə klinikanın rəhbərliyinə də məlumat verilib:

“Hazırda məsələ araşdırılır”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

“Yeni formalaşan parlament daha aktiv olacaq”

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

O kəslər ziyarətə gedərkən CƏRİMƏLƏNƏCƏK Kİ...

Bölgələrdə mənzillər BAHALAŞDI

Biləcəridə evləri su basdı

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR

Ümummilli liderin xatirəsi yad olundu

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

İstanbul aeroportunda qorxu dolu anlar

Kütləvi imtahanlar elektron formada KEÇİRİLƏCƏK

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Əmirbəyovdan “Zeit”ə AÇIQLAMA