Milli su siyasətinin hazırki vəziyyəti müzakirə olunur

10:53 04-07-2018 | icon 19 | Siyasət
Milli su siyasətinin hazırki vəziyyəti müzakirə olunur

Bu gün Bakıda Azərbaycanın Su Sektoru üzrə Milli Siyasi Dialoqunun Rəhbər Komitəsinin 7-ci görüşü keçirilir.

 

Versus.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Mütəllim Əbdülhəsənov bildirib ki, görüşün məqsədi milli su siyasəti ilə bağlı əsas məsələləri və Avropa İttifaqının Su Təşəbbüsü plyus (AIST+) layihəsi çərçivəsində həyata keçirilən cari fəaliyyətin statusunu müzakirə etməkdir.

 

Görüş həm də Azərbaycanda icra olunan digər beynəlxalq layihələrlə birgə fəaliyyəti gücləndirmək üçün platforma olacaq.

M.Əbdülhəsənov qeyd edib ki, Azərbaycan Aİ-nin su siyasətinin həyata keçirilməsi üçün göstərdiyi dəstəyi yüksək qiymətləndirir.

İƏİT-nin (OECD) nümayəndəsi Əlişer Məmmədzhanov bildirib ki, layihə çərçivəsində ötən ilin aprelində görüş keçirilib və müzakirələr aparılıb. Bu günkü görüşdə milli su siyasətinin cari vəziyyəti müzakirə olunacaq və qərarlar qəbul ediləcək.

 

Təşkilatın digər nümayəndəsi Tatyana Efimova deyib ki, son illərdə Azərbaycanda su sahəsinə, o cümlədən içməli su təchizatına xeyli investisiya qoyulub, amma bununla belə, bu sahədə islahatların aparılmasına ehtiyac var.

 

GÖZƏL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bəzi şəxslər hakimiyyətin yıxılması üçün işləyirlər" - MÜSAHİBƏ

Trampla görüşməkdən imtina etdilər

Əsir və girov götürülən uşaqlarla bağlı film çəkilir

"Jurnalist karyeranızda uğurlar diləyirəm"

"Bu tarix hər birimiz üçün əlamətdardır"

Килиман Джара