"Bu səfər iki ölkə arasındakı münasibətlərə yeni dinamizm verəcək"

11:48 23-07-2018 | icon 568 | Geopolitika
"Bu səfər iki ölkə arasındakı münasibətlərə yeni dinamizm verəcək"

“Hesab edirəm ki, Azərbaycan-Fransa münasibətlərinin geniş perspektivləri və böyük potensialı var. Prezident İlham Əliyevin Fransaya səfəri həmin potensialı hərəkətə gətirəcək və iki ölkə arasındakı münasibətlərə yeni dinamizm verəcək”.

 

Versus.Az xəbər verir ki,bunu Milli Məclisin deputatı, tarixçi Musa Qasımlı deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin Fransaya səfəri böyük əhəmiyyət daşıyır:

 

"Fransa hər şeydən əvvəl dünyanın aparıcı dövlətlərindən biri, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, ATƏT-in Minsk qrupunun həmsədri, dünyanın "böyük yeddi"lərindən biridir. Elə bu amillər səfərin necə böyük əhəmiyyət daşımasının göstəricilərindəndir".

 

Deputat qeyd edib ki, Azərbaycan və Fransa arasında münasibətlərin dərin tarixi kökləri var:

 

"Azərbaycan Xalq Cümhuriyyətinin dövlət müstəqilliyi ilk dəfə olaraq 1920-ci il yanvarın 11-də Fransanın Paris şəhərində tanınıb. Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndələri Fransada yaşayıblar, Azərbaycan bolşevik Rusiyasının işğalına məruz qaldıqdan sonra dövlət müstəqilliyinin bərpası üçün çalışan ölkələrdən biri Fransa olub. Fransa Azərbaycan mühacirlərinə yardımlar edib. Azərbaycanlılar da öz növbəsində Fransanın faşizm zülmündən azad olunması üçün müstəsna xidmətlər göstəriblər. Azərbaycanlılar Fransa müqavimət hərəkatında iştirak ediblər”.

 

M.Qasımlı vurğulayıb ki, dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan-Fransa münasibətləri yeni əsasda qurulub:

 

"Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilk xarici səfərini 1993-cü ilin dekabr ayında məhz Fransaya edib. İlk rəsmi dövlət səfərinin Fransaya edilməsinin bir çox səbəbləri var idi. Prezident İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan-Fransa münasibətləri xeyli inkişaf edib. Bakıda Fransız liseyi, Azərbaycan-Fransa Universiteti açılıb, Fransa şirkətləri Azərbaycanda çalışırlar. Heç şübhəsiz ki, Azərbaycan-Fransa münasibətlərinin inkişafında bütün sahələrdə əməkdaşlığın bərabərhüquqlu əsasda qurulması müstəsna rol oynayıb”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR