“Ciddi xəbər mənbəyi kimi qalmaq çətin olsa da...” - 11 yaşlı Modern.az-ın baş redaktoru

15:38 01-09-2020 | icon 736 | KİV
“Ciddi xəbər mənbəyi kimi qalmaq çətin olsa da...” - 11 yaşlı Modern.az-ın baş redaktoru

Əfqan Qafarlı: "Bizi daha çox fəqləndirən layihə və rubrikalarımız, mövzu seçimindəki rəngarənglikdir"

 

Bu gün Modern.az Xəbər Agentliyinin fəaliyyətə başlamasının 11 ili tamam olur.



2009-cu il sentyabrın 1-də yaradılan portal hazırda Azərbaycanın onlayn media məkanında özünəməxsus dəst-xəttə malikdir.



Versus.Az xəbər verir ki, saytın baş redaktoru Əfqan Qafarlı açıqlamasında deyib ki, Modern.az Azərbaycanın onlayn media məkanında etibarlı informasiya yayıcısı kimi qalmağa çalışır.

 

Onun sözlərinə görə, sayt oxucu etimadını itirməmək, auditoriyasını genişləndirmək istiqamətində fəaliyyət göstərir:

 

“İnternet mediada rəqabətin çoxaldığı bir vaxtda ciddi xəbər mənbəyi olaraq qalmaq çətin olsa da, buna çalışırıq. Bizi daha çox fəqləndirən isə layihə və rubrikalarımız, mövzu seçimindəki rəngarənglikdir ki, belə də davam edəcəyik”. 

Ə.Qafarlı bu illər ərzində Modern.az-la əməkdaşlıq edən hər kəsə təşəkkür etməyi də unutmayıb. 

O, Modern.az saytının jurnalistikaya ilk dəfə başlayanlara hər zaman imkan yaratdığını da xatırladıb.

Baş redaktor bildirib ki, kollektiv ad gününü redaksiyada adi qaydada qeyd edəcək. /“Yenisabah.az”/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

“Yeni formalaşan parlament daha aktiv olacaq”

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Bölgələrdə mənzillər BAHALAŞDI

Biləcəridə evləri su basdı

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR

Ümummilli liderin xatirəsi yad olundu

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

İstanbul aeroportunda qorxu dolu anlar

Kütləvi imtahanlar elektron formada KEÇİRİLƏCƏK

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Mədəkiçiltmə erasının sonu gəlir

Əmirbəyovdan “Zeit”ə AÇIQLAMA