Azərbaycan Cumhuriyyətinin 100-cü ildönümü keçirilib

17:49 02-08-2018 | icon 996 | Cəmiyyət
Azərbaycan Cumhuriyyətinin 100-cü ildönümü keçirilib

Antalyada Azərbaycan Cumhuriyyətinin 100-cü ildönümü, Nuri Paşanın rəhbərliyi ilə Türk Qafqaz İslam Ordusunun Azərbaycana dəstəyə gəlməsinin 100-cü ildönümü ilə bağlı millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB, Antalya Qəzeteçilər Cəmiyyəti, Antalya Türk Ocakları və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB tərəfindən tədbir və gecə keçirilib.

 

Versus.Az-ın məlumatına görə, tədbirin açılışında çıxış edən millət vəkili Q.Paşayeva bütün müsəlman şərqində qurulan ilk cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyəti, qurucuları ilə bağlı geniş məlumatlar verib.

 

Millət vəkili bildirib ki, həmin zamanlarda erməni daşnakları, rus bolşeviklərin dəstəyi ilə Azərbaycanda dəhşətli soyqırım həyata keçirib və cumhuriyyət qurucularının xahişi ilə böyük qəhrəman Nuri Paşanın rəhbərliyi ilə Türk Qafqaz İslam Ordusu Azərbaycana dəstəyə gəlib:

 

Ordunun içərisində Antalyadan da 10 şəhid dədəmiz var və bu gün Bakıda Türk şəhidliyində yatırlar deyən millət vəkili Q.Paşayeva onların xatirəsinə Antayada abidə qoyulmasının vəfa borcu olmaqla yanaşı bugünki və gələcək nəsillər üçün böyük önəm daşıdığını xüsusi vurğulayıb:

 

"Çanaqqalada 3000 mindən çox Azərbaycan türkü şəhid olub. Həmin zaman dədələrimiz birlik və bərabərlik içində bizə zəfərin yolunu göstərdi və yenə də birlik, bərabərliyimizi daha da gücləndirib zəfər qazanacağıq. Bu gün Türkiyədən olan dəyərli qardaşlarımızla birlikdə burada  bu önəmli tədbiri birlikdə qeyd etməmiz çox önəmlidir, eyni zamanda dosta da, düşmana da bir məsajdır".

 

Millət vəkili bildirib ki, torpaqlarımızın işğaldan azad olunacağı gün uzaq deyil:

 

“Arzu edirəm ki, gələn tədbirlərimizi Ali Baş Komandan, prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Xankəndində, Xocalıda, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək”.

 

Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlərdən danışan millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib:

 

“Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq.”

 

Tədbirdə çıxış edən Kəpəz bələdiyyə başqanı Hakan Tütüncü, , Antalya Qəzeteçilər Cəmiyyəti başqanı Mevlüt Yeni və Antalya Türk Ocakları başqanı Abdullah Uysal Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir deyərək geniş çıxış ediblər və bundan sonra da hər zaman qardaş Azərbaycanın yanında olacağıq deyiblər. Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB tərəfindən Kəpəz bələdiyyə başqanı Hakan Tütüncü, , Antalya Qəzeteçilər Cəmiyyəti başqanı Mevlüt Yeni və Antalya Türk Ocakları başqanı Abdullah Uysala Azərbaycan-Türkiyə qardaşlığının inkişafında göstərdiyi səylərə görə mükafat təqdim olunub. Kəpəz bələdiyyə başqanı Hakan Tütüncü, , Antalya Qəzeteçilər Cəmiyyəti başqanı Mevlüt Yeni və Antalya Türk Ocakları başqanı Abdullah Uysal tərəfindən də Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB sədri millət vəkili Q.Paşayevaya Türk dünyasının birliyi istiqamətindəki fəaliyyətlərindən dolayı mükafat təqdim olunub.

 

Tədbir Azərbaycanlı sənətçilər Leyla Camal, İlham Əsgəroğlu və şairə Çığatel tərəfindən ifa olunan milli duyğu və ruhlu əsərlər və şeirlərlə davam edib və “Çırpınırdı Qara dəniz baxıb Türkün bayrağına” əsəri ilə sona çatan gecə sakinlər tərəfindən alqışlarla qaşılanıb. Kəpəz bələdiyyə başqanı Hakan Tütüncü, Antalya Qəzeteçilər Cəmiyyəti başqanı Mevlüt Yeni və Antalya Türk Ocakları başqanı Abdullah Uysal tərəfindən sənətçilərə plaketlər təqdim olunub. Tədbirdən sonra millət vəkili Q.Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova yerli sakinlər, QHT və KİV rəhbərləri ilə görüşüb. Onlar qyni zamanda Antalyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları, onların rəhbərləri, üzvləri və bu bölgədə təhsil alan bir sıra azərbaycanlı tələbələrlə də görüşüb, müzakirələr aparıblar.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür