Beynəlxalq təşkilatlardan Azərbaycan jurnalistlərinə DƏSTƏK

10:17 02-10-2020 | icon 766 | KİV
Beynəlxalq təşkilatlardan Azərbaycan jurnalistlərinə DƏSTƏK

Müşfiq Ələsgərli: "Bəyanatlarında Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu açıq tekstlə ifadə edilib"

 

Beynəlxalq təşkilatlar Azərbaycan jurnalistlərinə dəstək verdilər, Ermənistanın hərəkətlərini pislədilər.

 

Versus.Az xəbər verir ki, bu barədə JuHİ-nin Müşfiq Ələsgərli sədri bildirib.

 

Müşfiq Ələsgərli qeyd edib ki, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) çağırışına cavab olaraq, dünyanın 2 ən böyük jurnalist təşkilatı - Beynəlxalq Jurnalistlər Federasiyası və Avropa Jurnalistlər Federasiyası - Azərbaycan İctimai Televiziyası əməkdaşlarının Azərbaycan–Ermənistan cəbhə xəttində sentyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən atəşə məruz qalmalarını pisləyən bəyanat qəbul ediblər.

 

M.Ələsgərli bildirib ki, bəyanatda jurnalistlərin Dağlıq Qarabağ münaqişəsi barədə dəqiq məlumatlar hazırlamalarının zəruriliyi qeyd edilib, münaqişə tərəflərindən isə tələb edilib ki, media işçilərinin təhlükəsizliyini təmin etsinlər.

 

“Bəyanatın digər bir mühüm tərəfi odur ki, müəlliflər Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu, Ermənistanın dəstəyi ilə separatçı rejimin nəzarəti altına keçdiyini açıq tekstlə ifadə ediblər”, deyə Müşfiq Ələsgərli bildirib. 

 

Məlumat üçün bildirək ki, Ermənistan silahlı qüvvələri tərəfindən nəzarətdə saxlanılan Azərbaycan ərazilərində reportaj hazırlayan İctimai TV əməkdaşları sentyabrın 29-da Tərtər rayonu ərazisində qəflətən Erməni silahlı birləşmələrinin hücumuna məruz qalıblar. Şirkətə məxsus avtomobil silahlı hücum nəticəsində yararsız hala düşüb, TV əməkdaşları özləri isə çevik manevrlər edərək atəş altından çıxmağı, sağ qalmağı bacarıblar. Bununla paralel olaraq, ayrı-ayrı KİV nümayəndələri, o cümlədən, AzTV əməkdaşları Ermənistan silahlı qüvvələri tərəfindən bir neçə dəfə atəşə məruz qalıblar. Bu isə Cenevrə Konvensiyasının tələblərinə ziddir.

Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı beynəlxalq media təşkilatlarına müraciət edərək, Azərbaycan-Ermənistan cəbhə xəttində 27 sentyabr 2020-ci il tarixdən etibarən yenidən başlanmış döyüşlərlə əlaqədar  jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi üçün addımlar atmağa, Ermənistanın hərəkətlərini pisləməyə çağırmışdı.

 

PƏRİ
Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

Mədəkiçiltmə erasının sonu gəlir

"Gürcüstan inqilaba hamilə deyil"

“Yeni formalaşan parlament daha aktiv olacaq”

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Bölgələrdə mənzillər BAHALAŞDI

Biləcəridə evləri su basdı

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR

Ümummilli liderin xatirəsi yad olundu

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

İstanbul aeroportunda qorxu dolu anlar

Kütləvi imtahanlar elektron formada KEÇİRİLƏCƏK

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA