“Bu, Ermənistan tərəfdən sadəcə öhdəliklərin kobud şəkildə pozulması deyil..."

07:32 12-10-2020 | icon 444 | KİV
“Bu, Ermənistan tərəfdən sadəcə öhdəliklərin kobud şəkildə pozulması deyil..."

İqor Korotçenko: “Gəncəyə hücum Ermənistan Silahlı Qüvvələrinin planlaşdırılmış terror aktıdır”

 

“Doqquz dinc sakinin ölümünə səbəb olan Ermənistan Silahlı Qüvvələrinin Gəncəyə raket hücumu hansısa təsadüfi hərbi səhv ola bilməzdi – bu, İrəvan tərəfindən planlaşdırılmış terror aktı və ya hərbi cinayətdir”.

 

Bu barədə “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko “Vestnik Kavkaza” nəşrinin müxbiri ilə söhbəti zamanı bildirib.

 

“Bu, sadəcə, öhdəliklərin kobud şəkildə pozulması deyil (Ermənistan tərəfindən atəşkəs sazişinin imzalanmasından bir gün sonra), şərhdən asılı olaraq ya hərbi cinayət, ya da beynəlxalq terror aktıdır.

 

Bu zərbənin nə ilə xüsusi olduğunu başa düşmək vacibdir. Döyüş əməliyyatları artilleriya və ya yaylım atəş sistemlərinin köməyilə həyata keçirildikdə hətta atəş hərbi hədəflərə yönəlsə də, mərmilərin sapması səbəbilə qeyri-hərbi hədəflərin də məhv olması mümkündür. Ancaq Gəncəyə düşənlər kimi ballistik raketlərə uçuş tapşırığı təqdim edilir, zərbənin endiriləcəyi yerin koordinatları əvvəlcədən yazılır.

 

Yəni Gəncəyə edilən bu hücum Ermənistanın hərbi rəhbərliyi tərəfindən planlaşdırılıb, təsdiqlənib və icazə verilib”, - deyə İ.Korotçenko bildirib.

 

“Beləliklə, şübhə yoxdur ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi məhz Azərbaycanın böyüklüyünə görə ikinci şəhərinin yaşayış rayonuna zərbə endirmək niyyətində olub.

 

İrəvan həyasızcasına Azərbaycanın dinc əhalisinə qəsdən hücumlar təşkil etməklə Azərbaycanla imzalanan atəşkəsi, əslində, məhv etdi. Buna haqq qazandırmaq olmaz, araşdırmaq və hücumu təşkil edənləri beynəlxalq məhkəməyə cəlb etmək lazımdır. Hələ də qalmasına baxmayaraq, sülh şansları çox azdır”, - İqor Korotçenko vurğulayıb.

 

“Ali Baş Komandan olaraq bu raket zərbələrinin müəllifinin Nikol Paşinyanın özü olub-olmadığı və ya qərarın onsuz verildiyi sualına aydınlıq gətirmək lazımdır. İkinci ssenari onun ordudakı vəziyyətə nəzarəti itirdiyini göstərir.

Əgər raket hücumu üçün icazə birbaşa Paşinyan tərəfindən verilibsə, o, Nürnberqdə beynəlxalq tribunalda İkinci Dünya Müharibəsində etdiklərinə görə cavab verən insanlardan fərqlənmir. Əgər Paşinyan belə bir əmr verməyibsə, sual yaranır ki, indi Ermənistan ordusunun fəaliyyətlərində heç olmasa, nə isə ondan asılıdırmı? Bu cinayətkar əmri kimin verdiyini öyrənmək lazımdır”, - deyə “Milli Müdafiə” jurnalının baş redaktoru diqqət çəkib.

 

“Nəticə etibarilə bu, təsadüfi bir raket zərbəsi deyil və heç bir “özünümüdafiə bölməsinin” hücumları deyil. İxtisassız personal bu cür silahları prinsipcə istifadə edə bilməzlər. Raketlər birbaşa Ermənistanın silahlı qüvvələri tərəfindən atılıb və yalnız hərbi-siyasi rəhbərliyin üzvlərindən kimin əmr verdiyini araşdırmaq qalır - ya Paşinyan, ya da müdafiə naziri Tonoyan”, - deyə hərbi ekspert fikrini tamamlayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

1-ci Qarabağ müharibəsinin şəhidi Lerikdə dəfn edildi

Türkiyə-Azərbaycan biznes forumu BAŞLAYIB

Baş Prokurorluqda Ulu Öndərin 101-ci ildönümü qeyd edilib

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Görünüşü ilə müzakirələrə səbəb olan xanəndə

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Faşizm üzərində QƏLƏBƏ - 79

Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK