Ermənistan hərbisi AZTV-nin çəkiliş qrupunu atəşə tutub

 

21:25 19-10-2020 | icon 429 | KİV
Ermənistan hərbisi AZTV-nin çəkiliş qrupunu atəşə tutub
 

Azərbaycan Mətbuat Şurası AZTV-nin çəkiliş qrupunun Ağdam rayonunun Bənövşələr qəsəbəsində atəşə tutulması ilə bağlı beynəlxalq media qurumlarına müraciət ünvanlayıb.



Şuradan versus.az-a verilən xəbərə görə, müraciətdə bildirilir: “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AZTV) cəbhəboyu zonaya ezam olunmuş çəkiliş qrupu 19 oktyabr 2020-ci il tarixdə günorta saatlarında Ermənistan hərbi birləşmələri tərəfindən atəşə tutulub. Hadisə Ağdam rayonunun Bənövşələr qəsəbəsində baş verib. Nəticədə AZTV-nin müxbiri 1982-ci il təvəllüdlü Həsənov Anar Bəybala oğlu (Anar Şuşalı) yaralanıb.



Məlumat üçün bildirək ki, Anar Şuşalı cəbhə bölgəsində baş verən proseslər, xüsusən də Ermənistanın mülki əhaliyə qarşı törətdiyi təxribatlar barədə ölkə və dünya ictimaiyyətini mütəmadi məlumatlandıran jurnalistlərdəndir. Hazırda o, müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Azərbaycan Mətbuat Şurası jurnalistlərin hücuma məruz qalmalarını qətiyyətlə pisləyir.



Təəssüflə bildiririk ki, işğalçı Ermənistanın dinc Azərbaycan əhalisinə qarşı ağır artileriya və digər qurğulardan istifadə etməklə həyata keçirdiyi hücumlar davam edir. Dünyanın media ictimaiyyətinin diqqətini bu fakta çəkərək onu da təəssüflə vurğulayırıq ki, Azərbaycanın belə anti-humanist hücumdan zərər çəkən media təmsilçiləri az deyil. Oxşar xoşagəlməz hadisə bir müddət öncə də baş vermişdi. Bu isə onu deməyə əsas verir ki, Ermənistan silahlı qüvvələri jurnalistlərə məqsədli şəkildə atəş açaraq onların fəaliyyətlərinə maneçilik törədir, həyat və sağlamlıqları üçün təhdid yaradırlar.

İşğalçı Ermənistan demokratik dəyərlərə, humanizm prinsiplərinə qarşı vandal münasibətini söz və ifadə azadlığına münasibətdə də göstərməkdədir. Azərbaycan Mətbuat Şurası sizləri bununla bağlı ciddi mövqe nümayişinə çağırır".

MŞ jurnalistlərə silahlı təzyiq məsələsində dünyanın aparıcı media qurumlarının ortaya qoyacaqları barışmazlıq xətti, həssas, prinsipial yanaşma tərzi faciələrə yol açma ehtimalı böyük olan bu kimi halların qarşısının alınmasına kömək göstərəcəyinə ümid etdiyini qeyd edib.

Müraciət rus və ingilis dillərinə tərcümə edilərək dünyanın aparıcı media qurumlarına, o cümlədən Azərbaycan Mətbuat Şurasının üzv olduğu Ümumdünya Mətbuat Şuraları Assosiasiyasına və Avropa Mətbuat Şuraları Alyansına göndərilib.

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

“Yeni formalaşan parlament daha aktiv olacaq”

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Ümummilli liderin xatirəsi yad olundu

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

1-ci Qarabağ müharibəsinin şəhidi Lerikdə dəfn edildi

Xəbərdarlıq RƏNGLƏRİ

Türkiyə-Azərbaycan biznes forumu BAŞLAYIB

Baş Prokurorluqda Ulu Öndərin 101-ci ildönümü qeyd edilib

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Hava xəbərdarlığı üçün MOBİL TƏTBİQ

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER