Millət vəkili Tovuzda kənd xəstəxanalarını ziyarət edib

11:56 07-09-2018 | icon 477 | Cəmiyyət
Millət vəkili Tovuzda kənd xəstəxanalarını ziyarət edib

 Millət vəkili Qənirə Paşayeva Tovuzda bir sıra kənd xəstəxanalarını ziyarət edib, həkimlərin və tibb işçilərinin qayğıları ilə maraqlanıb.

 

Versus.Az xəbər verir ki, həkimlər və tibb işçiləri ilə görüşdə millət vəkili kənd sakinlərimizin bir sıra xəstəliklərlə bağlı geniş tibbi maarifləndirilməsini həyata keçirməliyik və bu məsələlərdə sizin fəallığınıza böyük ehtiyac var deyib:

 

“Əhalinin tibbi maarifləndirilməsinin ciddi şəkildə genişləndirilməsi bu günümüz və gələcəyimiz üçün ən önəmli məsələlərdən biridir. İnsanlara bu istiqamətdə geniş biliklərin verilməsinə və davamlı maarifləndirmə işlərinə böyük ehtiyac var. Hər bir insan ən azı özünün sağlamlığı üçün elementar tibbi biliklərə malik olmalı, bu sahədə hüquqlarını və qanunla müdafiəsini bir az da olsa, bilməlidir”.

 

Bu gün çoxlu sayda xəstəliklərin sürətlə artdığını, bəzən insanların elementar tibbi bilgisizlik üzündən ona yoluxması və ya vaxtında addım atmaması üzündən həyatının risqə girməsi hallarının azalmadığını deyən millət vəkili xüsusilə kəndlərdə və kənd bölgələrində tibbi maarifləndirmənin genişləndirilməsinə böyük ehtiyac olduğunu dedi.

 

Qənirə Paşayeva bildirib ki, bu istiqamətdə, ana və yenidoğulan körpənin sağlamlıq məsələləri ilə bağlı əhalinin xüsusilə KİV vasitəsilə geniş maarifləndirilməsinə böyük ehtiyac var.

 

“Əhalinin tibbi maarifləndirilməsinin ciddi şəkildə genişləndirilməsi bu günümüz və gələcəyimiz üçün ən önəmli məsələlərdən biridir və bu istiqamətdə qanunvericilik sahəsində də lazımı  addımlar atılmaqdadır. Qadağalar  və cərimələrlə problemləri və narahatlıqları tamamilə həll etmək mümkün deyil. İnsanlara bu istiqamətdə geniş biliklərin verilməsinə və davamlı maarifləndirmə işlərinə böyük ehtiyac var. Bu işlər birlikdə görülərsə, o zaman istənilən nəticələri əldə edə bilərik”.

 

Millət vəkili kəndlərin ziyalıları və sakinləri ilə də görüşüb, görüşlərdə tibbi maarifləndirmə işinin aparılmasının vacibliyi ilə bağlı geniş fikir mübadiləsi aparıb. Uşaqlar və gənclər arasında siqaretə və narkomaniyaya meylliyin artmaması istiqamətində bütün ziyalıları, müəllimləri, sakinləri aktiv mübarizəyə səsləyən millət vəkili Qənirə Paşayeva bildirib ki, ölkəmizdə də insanlar arasında, xüsusilə gənclər arasında siqaretdən istifadə edənlərin artması hamımızı ciddi narahat etməli və gənclərimizin bu zərərli vərdişə meyillənməməsi istiqamətində səylərimizi daha da artırmalıyıq:

 

“Biz hamımız gənclərimizin tütün məhsulları, narkomaniya, alkoqolizm kimi zərərli vərdişlərə tutulmamasına çalışmalıyıq deyən millət vəkili bu işdə kənd ziyalılarının, müəllimlərinin və valideynlərin üzərinə böyük vəzifə düşdüyünü qeyd edib”.

 

Millət vəkili "İctimai yerlərdə siqaret çəkilməsini qadağan edilməsi haqqında" qanunun qəbul olunduğunu və onun yerlərdə icra olunmasının vacibliyini də vurğulayıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR