Cavid Şahverdiyev İordaniya mətbuatında erməni terroru və Ordumuzun zəfərlərindən yazdı

20:52 25-10-2020 | icon 630 | KİV
Cavid Şahverdiyev İordaniya mətbuatında erməni terroru və Ordumuzun zəfərlərindən yazdı

"Azərbaycanın güclü ordusu, güclü Ali Baş Komandanı, xalq-hakimiyyət-ordu birliyi var"

 

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri, tanınmış jurnalist Cavid Şahverdiyev İordaniyanın Nayrouz.com saytında son günlərdə Ermənistanın Azərbaycanın müxtəlif şəhərlərində mülki əhaliyə qarşı terror və faşizm siyasətindən, həmçinin Azərbaycan Ordusunun zəfərlərindən yazıb.



Versus.Az-ın məlumatına görə, C.Şahverdiyev qeyd edib ki, Beynəlxalq Humanitar Hüquq, bu hüququn əsas sənədləri olan 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyaları və onlara 1977 və 2005-ci illərdə əlavə edilmiş üç protokol, BMT Baş Məclisinin 14 dekabr 1974-cü il tarixli qətnaməsi, eləcə də digər beynəlxalq konvensiyalar müharibə zamanı mülki əhaliyə hücumu qadağan edir.



Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri raket və ağır artilleriya zərbələrinə məruz qoymağa davam edir.



Sentyabrın 27-dən başlayaraq, erməni hərbi birləşmələrinin bütün cəbhə boyu yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması da Ermənistanın terror və faşizm siyasətinin davamıdır. Bu hücum nəticəsində 70-dən çox mülki Azərbaycan vətəndaşı həlak olub, yüzlərlə mülki vətəndaş yaralanıb, minlərlə yaşayış evləri, obyektlər dağıdılıb. Həyatını itirənlər arasında bələkdə olan körpələr və uşaqlar da olub. Ermənilər Gəncə şəhəri, Mingəçevir, Tərtər, Ağdam, Ağcabədi və başqa rayonlarda yaşayan mülkiəhalini raket atəşinə tutmaqla 1992-ci ildə törətdikləri Xocalı soiyqırımını təkrarlayırlar.



Müəllif onu da vurğulayıb ki, Azərbaycan ordusunun işğal edilən torpaqlarımızı azad etdiyi, döyüş meydanında zəfər qazandığı bir vaxtda ermənilərin mülki əhalini hədəfə alması qorxaqlıq, acizlik deməkdir. Çox təəssüflər olsun ki, yenə də dünya birliyi, Minsk qrupu həmsədr ölkələri, BMT və digər beynəlxlaq təşkilatlar işğalçı Ermənistana təsir etməkdən yayınırlar. Beynəlxalq qanunları pozan Ermənistan baş naziri Paşinyan mütləq hərbi tribunal qarşısında cavab verməli, törətdiyi əməllərə görə öz cəzasını almalıdır. Azərbaycan hazırda bu məsələlərlə bağlı diplomatik, siyasi və digər bütün istiqamətlər üzrə fəal iş aparmaqdadır. Əgər beynəlxalq təşkilatlar bu cinayəti lazımınca qiymətləndirməsələr, Ermənistana müvafiq cəza tədbirləri tətbiq etmək istəməsələr, Azərbaycan bunu edəcəkdir. 30 ildir işğalda qalan torpaqlarımızın azad edilməsiylə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Avropa Şurası, Avropa Birliyinin qərarlarının olmasına baxmayaraq bu vaxtadək işğalçı Ermənistana heç bir təzyiq göstərilmədi. Ermənistanın bütün cinayətlərinin üstü örtüldü. Amma 30 ildən artıq bir müddətdə Azərbaycan xalqına qarşı edilən bütün cinayətlərin cəzasını Azərbaycan Ordusu verir, bundan sonra da verəcəkdir.



Yazıda o da qeyd olunub ki, Ermənistanın bütün anti-humanist addımlarına rəğmən, Azərbaycan xalqı böyük cəsarət nümayiş etdirir. Hazırda cəbhəboyu ərazilərdə yaşayan sakinlərin heç biri evini tərk etməyib, əksinə orduya mənəvi dəstək verir. Azərbaycan Ordusu da müharibədə qəbuledilməz qanunları – mülki əhalinin hədəfə alınması – pozmadan işğal olunmuş torpaqların azad olunması istiqamətində inamla irəliləyir. Düşmən artıq Azərbaycan Ordusu qarşısında diz çöküb. Yaxın günlərdə Azərbaycan bayrağının Şuşada dalğalanacağına heç kimin şübhəsi olmasın. Azərbaycanın güclü ordusu, güclü lideri, Ali Baş Komandanı, xalq-hakimiyyət-ordu birliyi var.

Qarabağ Azərbaycandır!



https://www.nayrouz.com/post.php?id=174597#.X5Gg4b6ST-U

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

“Yeni formalaşan parlament daha aktiv olacaq”

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

1-ci Qarabağ müharibəsinin şəhidi Lerikdə dəfn edildi

Xəbərdarlıq RƏNGLƏRİ

Türkiyə-Azərbaycan biznes forumu BAŞLAYIB

Baş Prokurorluqda Ulu Öndərin 101-ci ildönümü qeyd edilib

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Hava xəbərdarlığı üçün MOBİL TƏTBİQ

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...