İlk DOST mərkəzi Yasamalda yaradılacaq

10:48 11-09-2018 | icon 684 | İqtisadiyyat
İlk DOST mərkəzi Yasamalda yaradılacaq

Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyndə DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və mərkəzlərinin, habelə Prezidentin 5 sentyabr 2018-ci il tarixli Fərmanı ilə “e-sosial” internet portalının yaradılması istiqamətində konkret işlər aparılır.

 

Versus.Az xəbər verir ki, DOST Agentliyi və mərkəzlərinin fəaliyyətini təmin etmək məqsədilə bir sıra normativ hüquqi aktların layihələrinin, habelə müvafiq təkliflərin hazırlanması işlərinin bu ay ərzində başa çatdırılaraq aidiyyəti üzrə təqdim edilməsi təmin olunacaq. Artıq ilin sonunadək Bakının Yasamal rayonunda bu rayonun və Səbail rayonunun əhalisinə xidmət edəcək ilk DOST mərkəzinin yaradılması nəzərdə tutulur.

Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev DOST Agentliyin və mərkəzlərin yaradılması üçün aparılan işlərin müzakirəsi məqsədilə nazirlikdə keçirilən iclasda bildirib.

 

S.Babayev qeyd edib ki, Agentliyin və mərkəzlərin təşkilati strukturu, ştat vahidləri və sayı, kadrların seçimi və hazırlığı, işə qəbulu mexanizmi, iş rejiminin müəyyən olunması, DOST mərkəzlərində göstəriləcək xidmətlərin siyahısı, bu xidmətlərin göstərilməsi qaydası da hazırlanır. Mərkəzlərdə həmin xidmətlər sistemləşdirilmiş formada “bir pəncərə” prinsipi üzrə şəffaf, operativ şəkildə vətəndaşlarla açıq iş şəraitində təqdim olunacaq. Həmin xidmətlərin siyahısında əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər aidiyyəti sahələrdə 126 xidmət əhatə olunur. Hazırda bu xidmətlərin pasportlaşdırılması işləri görülür.

 

Nazir bildirib ki, həmçinin müvafiq xidmətlər üçün tələb olunan sənədlərin minimuma endirilməsi məqsədilə müvafiq qanunvericilikdə dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlanmaqdadır. Qeyd olunan istiqamətlərdə, habelə İKT-nin və innovativ həllərin geniş tətbiqinə əsaslanan infrastrukturun qurulması, elektron sistemlərin qarşılıqlı inteqrasiyasının təmin olunması, “e-sosial” internet portalının və sosial reyestrin formalaşdırılması işləri yaxın vaxtlarda başa çatmalıdır. Mərkəzlərin iş mexanizmi elə qurulacaq ki, xidmətlərdən istifadə prosedurları sadəliyi, çevikliyi, müraciət edən vətəndaş üçün rahatlığı, tam şəffaflığı ilə ictimai məmnunluğa səbəb olsun.

 

İclasda müvafiq sahədə aparılan işlər barədə məlumat verilib. Bildirilib ki, DOST mərkəzlərində göstəriləcək yardımçı xidmətlər də müəyyən edilib. Buraya cari bank hesablarının açılması, dövlət rüsumlarının və xidmət haqlarının qəbulu, daşınmaz əmlakın sığortası, inzibati xətalara dair cərimələrin qəbulu və s. daxildir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Sənədsiz evlərlə bağlı YENİLİK

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycanda yeni peyvənd VURULACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR

Dolların qiyməti ilə bağlı QƏRAR

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

“Trabzonspor” klubu futbolçusunu cəzalandıracaq

Utandıran XƏSTƏLİK

İnfarkt riskinizi özünüz ölçün