"Bu birliyi heç vaxt pozmaq mümkün olmayıb"

15:41 13-09-2018 | icon 434 | Siyasət
"Bu birliyi heç vaxt pozmaq mümkün olmayıb"

"Rəcəb Tayyib Ərdoğanın Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə keçiriləcək tədbirə qatılması heç də təsadüfi deyil. Bununla dünyaya bir daha Türkiyə-Azərbaycan birliyini nümayiş etdiririk. Bu birlik sarsılmazdır".

 

Versus.Az xəbər verir ki, bunu Baş nazirin müavini Əli Əhmədov "Bakının erməni-bolşevik işğalından azad edilməsinin 100 illiyi" mövzusunda keçirilən simpoziumda deyib.

O qeyd edib ki, Azərbaycan və Türkiyə birliyini pozmaq istəyən qüvvələr var:

 

"Onlar müxtəlif dövrlərdə də bu birliyi pozmağa çalışıblar. Biz qürur hissi ilə deyə bilərik ki, heç vaxt bu birliyi pozmaq mümkün olmayıb və bu gün də mümkün deyil".

 

Ə.Əhmədov bildirib ki, Türkiyə-Azərbaycan birliyi çox möhkəm təməllər üzərində qurulub:

 

"Bu, bizə deməyə əsas verir ki, bu birliyi bundan sonra da pozmaq mümkün olmayacaq. Çünki bu birlik ötəri, təsadüfi mənafelər, münasibətlər üzərində deyil, möhkəm münasibətlər üzərində qurulub, keçmiş və gələcəyin birliyindən qaynaqlanır".

 

Baş nazirin müavini vurğulayıb ki, tarixi olmayan millət mövcud deyil: "Türk milləti - həm azərbaycanlılar, həm də türklər qürur duya bilərlər ki, bizim bu günə gəlib çıxmağımızı göstərən çox şərəfli tariximiz, tariximizin çox parlaq səhifələri var. Bu səhifələr bütövlükdə Türkiyə-Azərbaycan qardaşlığını ifadə edir. Bu birliyin parlaq səhifələrindən biri türk və Azərbaycan hərbi qüvvələrinin Bakının işğaldan azad edilməsi üçün göstərdikləri birgə fəaliyyətdir. Qardaşlarımızın ağır günümüzdə bizə köməyə gəlməsi, Bakı şəhərinin işğaldan azad edilməsinə yardım etməsi Türkiyə-Azərbaycan birliyinin ən parlaq nümunələrindən biridir".

Ə.Əhmədov deyib ki, yaşadığımız bugünkü tarix bizi qürurlandıran, gələcəyə daha aydın baxmağa vadar edən, səsləyən tarixdir:

 

"Dünya çox mürəkkəb dövrünü yaşamaqdadır. Bu mürəkkəb dövrün ən təlatümlü anlarını yaşayan millətlər var. Bu gün gələcəyin üzərinə çox ciddi şəkildə kölgə salan məqamlar da var. Təbii ki, Azərbaycan və Türkiyə olaraq, biz bu təlatümlü anların gələcəkdə bizə nələr gətirəcəyini düşünmək üçün doğru yoldayıq. Biz bu günlərdə daha çox bir-birimizin yanında olmalıyıq, bir-birimizlə çiyin-çiyinə verməliyik".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Yer tarixinin ən iri ilanının QALIQLARI

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Yumurta kəskin ucuzlaşdı

Daha bir bank BAĞLANIR