Nuru Paşanın qardaşı nəvəsi Azərbaycandadır

15:04 15-09-2018 | icon 531 | Siyasət
Nuru Paşanın qardaşı nəvəsi Azərbaycandadır

Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri  Qənirə Paşayeva Ənvər Paşanın nəvəsi, Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənvərlə görüşdə Azərbaycan Xalq Cümhuriyyətini quran dədələrimizin, şəhidlərimizin, Ənvər Paşa, Nuru Paşa başda olmaqla Türk Qafqaz İslam Ordusunun bütün qəhrəmanlarının ruhu qarşısında baş əyərək, onları hər zaman sevgi, qayğı və rəhmətlə andığımızı və anacağımızı söyləyib. O, dəvətini qəbul edib bu önəmli tədbirlərdə iştirak etmək üçün Azərbaycana gələn əziz dostu,Ənvər Paşanın nəvəsi, Nuru Paşa ailəsinin təmsilçisi, gözəl ziyalı Arzu Ənvərə və ailəsinə təşəkkür edib və onların iştirakı ilə bu tədbirlərin keçirilməsinin xüsusi məna daşıdığını xüsusi vurğulayıb.

 

Versus.Az-ın məlumatına görə, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən ağır dönəmindən,erməni-bolşevik dəstələrinin Azərbaycanda törətdiyi qırğınlardan, Qafqaz İslam Ordusunun xalqımızı bu çətin vəziyyətdən xilas etməsindən, Azərbaycana qardaş köməyinə gələn Qafqaz İslam Ordusunun böyük fədakarlığından danışan millət vəkili Q.Paşayeva onlar Türk dünyasının bugünki və gələcək nəsilləri üçün ən gözəl örnəklərdəndirlər deyib. Millət vəkili Q.Paşayeva dövlət başçımız İlham Əliyev və qardaş Türkiyəninin prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bu gün, 15 sentyabrda Bakıda keçiriləcək möhtəşəm paraddan da danışıb və bu tədbirlə Bakıdan dostlara da düşmənlərə də çox önəmli məsajlar veriləcək  deyib.

 

Nuru Paşanın qardaşı Ənvər Paşanın nəvəsi Arzu Eroğan Azərbaycan bizim üçün Vətəndir və burada hər zaman, o cümlədən bu önəmli tarixlərdə olmaqdan, tədbirlərdə iştirak etməkdən qürur duyuram və çox xoşbəxtəm deyib. Arzu xanım ailəsi adından özəlliklə dövlət başçısı İlham Əliyevə və ölkəmizin 1-ci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirib və inanıram ki, Ənvər Paşanın, Nuru Paşanın ruhu şaddır və Azərbaycan hər zaman daha da inkişaf etdikcə şad olacaqdır deyib və Azərbaycanı çox sevdiyini xüsusi vurğulayıb.

 

Arzu Ənvər hər zaman Azərbaycanımızın yanındayıq və Azərbaycan xalqına təşəkkür edirik deyib və bu tarixi günlə bağlı yazdığı yazını Qənirə Paşayeya təqdim edərək onun Azərbaycan insanın çatdırılmasında dəstək göstərilməsini xahiş edib. Yazıda Ənvər Paşa, Nuri Paşa ailəsinin Azərbaycana sevgisi geniş əks olunub.  Millət vəkili Q.Paşayeva   Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənvər Azərbaycan mədəniyyəti ilə bağlı materiaqlları və hədiyyələri təqdim edib və bura sizin Vətəninizdir hər zaman gözləyirik deyib. Arzu Ənvər Eroğan və ailəsi və millət vəkili Q.Paşayevanın dəvətini qəbul edərək Azərbaycana gələn, müstəqilliyik uğrunda mübarizə apardığımız illərdə SSRİ rəhbərliyinin törətdiyi dəhşətli 20 yanvar faciəsi zamanı “Ağla, qərənfil,ağla”  şeirini bəstəliyib ifa edərək bütün Türkiyəyə həqiqətləri çatdıran sənətçi Hasan Sağındığ millət vəkili Q.Paşayeva ilə birlikdə Şəhidlər Xiyabanı, Bakı Türk Şəhidliyi, Fəxri Xiyabanı ziyarət ediblər, sonra Şamaxıda  130 türk şəhidinin şərəfinə ucaldılmış "Türk şəhidliyi" abidəsinin əsaslı təmir-bərpa işlərindən sonra açılış mərasimində iştirak ediblər, ruhlarına dualar oxuyublar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür