Bu gün milli televiziya və radio günüdür

11:45 06-11-2020 | icon 592 | KİV
Bu gün milli televiziya və radio günüdür

Bu gün Azərbaycan televiziyasının 64, radiosunun isə 94 yaşı tamam olur.

 

1926-cı il 6 noyabr tarixində Bakı şəhərində radiostansiyanın istismara verilməsi ilə ölkəmizdə ilk dəfə radio proqramı efirdə yayımlandı. Məhz bu gün Azərbaycan Televiziyası və Radiosu Günü olaraq televiziya və radio işçilərinin peşə bayramı kimi qeyd olunur.

 

Polad bloklardan yığılmış 180 metrlik ilk Televiziya qülləsi Bakı şəhərində 1956-cı ildə qurulub. 1956-cı ilin 14 fevralında ilk dəfə TV vericisi vasitəsilə ağ-qara təsvirdə AzTV1 efirə çıxıb.

 

1957-ci ilin 28 iyununda ilk dəfə olaraq səyyar televiziya vasitəsilə respublika stadionundan canlı yayım həyata keçirilib.

 

1961-ci ildə Gəncə, Göyçay və Şuşa şəhərlərində güclü TV stansiyalar, 1962-ci ildə Naxçıvan MR-də kiçik güclü TV stansiya və studiya qurulub.

 

1967-ci ildən isə ağ-qara televiziya yayımından rəngli (SECAM) TV yayıma keçid baş tutub.

 

1997-ci ildə I Respublika və Araz radio proqramları Bakı Teleqüllə Kompleksindən FM diapazonunda yayımlanıb.

 

2012-ci ildə Bakı Teleqüllə Kompleksində IPTV baş stansiyası qurulub və IPTV kontentin provayderlərə ötürülməsinə başlanılıb. 

 

Həmin ildə “Azərbaycan” və “İctimai” radioları, eləcə də “İctimai” televiziya proqramlarının HD formatlı yayımı həyata keçirilib. 

 

Ölkə ərazisində analoq TV yayımı 20 dekabr 2016-cı il tarixində tam dayandırılıb və rəqəmli TV yayımına keçid tam başa çatdırılıb. 

 

Qeyd edək ki, rəqəmli yayıma keçidin əsas üstünlüyü televiziya proqramlarının yüksək keyfiyyətlə qəbul edilməsi, strateji əhəmiyyət kəsb edən tezlik resurslarından səmərəli istifadə edilməsi və yerüstü efir vasitəsilə çoxsaylı televiziya proqramlarının qəbuluna imkan yaratmasıdır. 

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” (Teleradio) İstehsalat Birliyi Fatmayı – Sumqayıt – Xızı – Dağbilici (Şabran) – Yergüc – Quba istiqamətində, 185 km uzunluğunda radio-rele xəttinin rəqəmliyə rekonstruksiyasını 2019-cu ildə başa çatdıraraq istismara verib. Bu, respublika ərazisində dövlət, ictimai, özəl və regional radio-TV proqramlarının region stansiyalarına çatdırılması üçün istismar olunan analoq radio-rele xətt şəbəkəsinin rəqəmliyə rekonstruksiyası işləri çərçivəsində baş tutub.

 

2016-cı ildə fors-major hallarında və Bakı Teleqüllə Kompleksində tələb olunan profilaktika işləri zamanı Bakı şəhəri və Abşeron yarımadasında fasiləsiz radio-televiziya yayımının təmin olunması məqsədilə radiostansiyada əsaslı təmir-bərpa və rekonstruksiya işləri aparılmaqla, 1 nömrəli radiostansiyanın bazasında Alternativ radio-televiziya yayım stansiyası təşkil olunub.

 

“Teleradio” İB tərəfindən 2019-cu ilin avqust ayından ölkədə ilk dəfə olaraq, Bakı şəhəri və Abşeron yarımadası ərazisində DAB+ standartı ilə rəqəmli radionun test yayımına başlanılıb. Hazırda Bakı şəhəri və Abşeron yarımadasının istənilən nöqtəsində 218,6 MHs (11B) tezliyində bir paketdə 12 radio proqramın rəqəmli qəbulu mümkündür.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

“Yeni formalaşan parlament daha aktiv olacaq”

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

1-ci Qarabağ müharibəsinin şəhidi Lerikdə dəfn edildi

Xəbərdarlıq RƏNGLƏRİ

Türkiyə-Azərbaycan biznes forumu BAŞLAYIB

Baş Prokurorluqda Ulu Öndərin 101-ci ildönümü qeyd edilib

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Hava xəbərdarlığı üçün MOBİL TƏTBİQ

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...