Şuşa Qlobal Media Forumu DİQQƏT MƏRKƏZİNDƏ

13:24 22-07-2023 | icon 1040 | Siyasət
Şuşa Qlobal Media Forumu DİQQƏT MƏRKƏZİNDƏ

Könül İsmayılova: “Bu kimi tədbirlər ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir”

 

Prezident İlham Əliyev iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimindəki çıxışında bir sıra məsələlərə diqqət çəkdi. Azərbaycan-Ermənistan münasibətlərinin yaratdığı regional təsirlərdən tutmuş, mətbuatımızın bu gününə qədər hər bir məsələyə ayrı-ayrılıqda aydınlıq gətirdi.

 

Şuşa Qlobal Media Forumu ilə bağlı fikirlərini Versus.Az-a şərh edən Nizami Rayon İcra Hakimiyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova öncə 22 İyul – Milli Mətbuat Günü münasibətilə bütün peşəkar jurnalistləri təbrik etdi, onlara fəaliyyətlərində uğurlar arzuladı.

 

Tədbirin Şuşada keçirilməsinin ikiqat sevincli olduğunu deyən Könül İsmayılova ümumiyyətlə işğaldan azad edilmiş ərazilərimizdə bu kimi tədbirlərin böyük əhəmiyyətini qeyd etdi. Bildirdi ki, bunun özü ən gözəl siyasət, dünyaya verilən ən təsirli mesajlardır:

 

“Bu dəfə Mətbuat Günü ilə əlaqədar olaraq daha çox mediamız haqqında danışmaq istərdim. 44 günlük Vətən müharibəsində jurnalistlərimizin rolu danılmazdır. Dünyasını dəyişənlər də oldu, Allah rəhmət eləsin. Azərbaycanda hərbi jurnalistika formalaşmadığı bir vaxtda müharibə meydanına döyüşçü kimi atılan jurnalistlərimiz qəhrəmanlıqları, qorxmazlıqları ilə sübut etdilər ki, hər an hərbi jurnalist olmağa da qadirdilər”.

 

K.İsmayılova vurğuladı ki, bu gün informasiya müharibəsində də Azərbaycan mediası özünü göstərməkdədir. Onun sözlərinə görə, özünü blogger adlandıran bəzi ünsürlər xaricdə oturub Azərbaycan haqqında həqiqətə uyğun olmayan “xəbərləri” tirajlamaqla ölkəmizin adına xələl gətirmək istəsələr də, dövlətçiliyi əsas tutub ölkəsinə xidmət edən vətənpərvər jurnalistlərimiz onları susdura bilirlər:

 

“Mən çox sevinirəm ki, Azərbaycanda dövlətini sevən, ölkəsinə xeyir verən, xalqın problemlərinin dalınca qaçan jurnalistlərimiz var. Cənab prezident “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumundakı çıxışında bildirdi ki, bir çox xəbərsiz olduğu məlumatlardan jurnalistlərin vasitəsilə xəbər tutur. Məncə jurnalistlərimiz Przidentin bu sözlərindən sonra istər internet televiziyaları, istər xəbər saytları, istərsə də sosial şəbəkələr vasitəsilə insanlarımızın problemlərini daha qabarıq şəkildə göstərməli, problemin həllində israrlı olmalıdılar. Belə olarsa, ölkə başçısı ona məruzə edilməyən problemlərdən də xəbər tutacaq və aidiyyatı məmurdan açıqlama tələb edəcək. Müşahidələrimə əsasən deməliyəm ki, bu yöndə qələmi iti, sözü kəsərli jurnalistlərimiz var. Bu gün məhz belə jurnalistlərin günüdür. Bir daha hər bir jurnalistimizi təbrik edir, uğurlar diləyirəm”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

Mədəkiçiltmə erasının sonu gəlir

"Gürcüstan inqilaba hamilə deyil"

“Yeni formalaşan parlament daha aktiv olacaq”

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Bölgələrdə mənzillər BAHALAŞDI

Biləcəridə evləri su basdı

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR

Ümummilli liderin xatirəsi yad olundu

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

İstanbul aeroportunda qorxu dolu anlar

Kütləvi imtahanlar elektron formada KEÇİRİLƏCƏK

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA