"Qarşı tərəf bu reallığı dərk etməlidir"

13:00 23-07-2023 | icon 1503 | Siyasət
"Qarşı tərəf bu reallığı dərk etməlidir"

Sahib Alıyev: “Ermənistan, Qarabağda yaşayan haylar II Qarabağ savaşından nəticə çıxarmalıdır”

 

“Qlobal Şuşa Forumunda açıq şəkildə dilə gətirilən növbti ismarıc, qərbi azərbaycanlıların dogma yurdlarına qayıdışı ilə bağlıdır. “Ermənistan Qarabağdakı haylara rahat yaşamı təmin etməkdən ötrü qərbi azərbaycanlıların ən azından Zəngəzura, Göyçə mahalına qayıtmalarının vacibliyini unutmamalıdır”-deyə Prezidentin dediyi sözlər şübhəsiz ki, təsadüfi ola bilməz. Forumda, həmçinin Ermənistandan geosiasi alət kimi faydalananlara və ya bu niyyətdə olanlara ünvanlanan mesajlar da var”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev iyulun 21-dən 23-ə qədər Şuşa şəhərində keçirilən “Qlobal Şusa Forumu”nun əhəmiyyəti, oradan ölkə ictimaiyyətinə, Qarabağda yaşayan ermənilərə, beynəlxalq təşkilatlara, eləcə də regionda marağı olan dövlətlərə verilən mesajların ağırlığına diqqət çəkərkən bildirib.

 

Deputat Forumda verilən bəyanatlara istinadla bildirib ki, Ermənistan, eyni zamanda Qarabağda yaşayan haylar II Qarabağ savaşından sonra baş verən reallıqlardan nəticə çıxarmalıdır. Anlamalıdırlar ki, Azərbaycan torpaqlarının hər qarışında suverenliyini təmin etmək əzmindədir. Hazırda baş verən prosslər bunu açıq şəkildə ortaya qoyur.

 

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin Şuşadakı mesajları təkcə Ermənistana deyil, həm də bədnam qonşumuzdan geosiyasi alət kimi faydalananlara ünvanlanıb. Deputat hesab edir ki, bu çıxış ölkə ictmaiyyətinin gələcək addmların yol xəritəsi ilə bağlı məlumatlandırılması, eləcə də mövqeyimizin bir daha ifadə olunmasıdır:


“Ermənistana ünvanlanan mesajların əsasını Azərbaycanın hər zaman sülhə hazır olması ideyası təşkil edir. Azərbaycan ictimai barışığa hazırdır, lakin qarşı tərəf bunun üçün azərbaycanlılardan üzr istəməli, bütün baş verənlərə, törətdikləri cinayətlərə görə cavab verib, bir daha təkrar etməyəcəklərinə dair söz verməlidirlər”.

 

Deputat bildirib ki, Prezidentin Ermənistana unvanladığı mesajlarda yer alan vacib məqamlardan biri sülh anlaşmasının Azərbaycandan daha çox Ermənistanın marağında olması ilə bağlıdır:

 

“Hazırda baş verənlər bunu açıq şəkildə ortaya qoyur. Böyük Qayıdış prosesinin bir illiyi tamam olanda Pezidentin Xocalıya, Daşaltıya getməsi növbəti mərhələdə keçmiş Dağlıq Qrabağın ərazi vahidinin tərkibindəki torpaqlarımıza köç ediləcəyinin mesajı idi. Qarşı tərəf bu reallığı dərk etməlidir, çünki reinteqrasiya haqqında düşünməyin vaxtı çoxdan çatıb”.


Deputat bu mənada qeyd edib ki, özünü vasitəçi rolunda görənlərin və sülh danışıqları müstəvisində görüşləri təşkil edənlərin kimliyindən asılı olmayaraq format dəyişməyəcək:

 

“Azərbaycan bütün görüşlərdə özünəməxsus strategiyasını təqdim edəcək. Biz bu istiqamətdə məqsədyönlü şəkildə irəliləyirik və addım-adım istəklərimizə nail oluruq”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

“Yeni formalaşan parlament daha aktiv olacaq”

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

FHN əməliyyat görüntüləri YAYIB

O kəslər ziyarətə gedərkən CƏRİMƏLƏNƏCƏK Kİ...

Bölgələrdə mənzillər BAHALAŞDI

Biləcəridə evləri su basdı

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR

Ümummilli liderin xatirəsi yad olundu

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

İstanbul aeroportunda qorxu dolu anlar

Kütləvi imtahanlar elektron formada KEÇİRİLƏCƏK

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA