KİVDF-dən jurnalistlər üçün MÜSABİQƏ

02:07 10-12-2020 | icon 415 | KİV
KİVDF-dən jurnalistlər üçün MÜSABİQƏ

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) fərdi jurnalist yazıları müsabiqəsi elan edir.

 

KİVDF-dən Versus.az-a bildiriblər ki, Fondun Müşahidə Şurasının iclasında fərdi jurnalist yazıları müsabiqəsinin keçirilməsi ilə bağlı qərar qəbul olunub.

 

“Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın jurnalistlərin mükafatlandırılması və peşəkarlığının artırılmasına dair müddəalarının yerinə yetirilməsi məqsədilə keçirilən fərdi jurnalist yazıları müsabiqəsi 14 mövzu üzrə elan edilir. Müsabiqədə kütləvi informasiya vasitələrində (dövri mətbu nəşrlərdə, teleradio proqramlarında, informasiya agentliklərində, internet informasiya ehtiyatlarında, kinoxronika proqramlarında) işləyən bütün jurnalistlər iştirak edə bilərlər.

 

Elanda göstərilən mövzuların hər biri üzrə 3 əsas mükafatçı müəyyən ediləcək. Müsabiqədə hər mövzu üzrə birinci yer üçün 1000 manat, ikinci yer üçün 700 manat, üçüncü yer üçün 500 manat məbləğində birdəfəlik pul mükafatı müəyyənləşdirilib. Elanda göstərilən mövzular üzrə mükafatın məbləği 300 manat olan əlavə həvəsləndirici yer (yerlər) nəzərdə tutula bilər.

 

Sənəd qəbulu 2020-ci il 9 dekabr tarixindən başlanır və 2020-ci il 16 dekabr tarixində saat 12:00-da bitir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Mədəkiçiltmə erasının sonu gəlir

“Azərbaycanla Bolqarıstan arasında əlaqələr uğurla inkişaf edir”

“Yeni formalaşan parlament daha aktiv olacaq”

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ

Ümummilli liderə həsr olunmuş DƏYİRMİ MASA

Gələn il Əlibala Hacızadənin 90 illiyi olacaq

Heydər Əliyev - Müasir Azərbaycan tarixini yazan LİDER

Liderləri Allah seçir...

Nobelçi alim Sadiq Qurbanovun Dövlət Mükafatına təqdim olunmuş kitabından yazdı

Görünüşü ilə müzakirələrə səbəb olan xanəndə

Faşizm üzərində QƏLƏBƏ - 79

Əfsanəvi telefonun yeni VERSİYASI

Bakının mərkəzində MƏSULİYYƏTSİZLİK

Fərid Mailovun çoxdan gözlənilən LAYİHƏSİ

Heydər Əliyevin 101-ci ildönümündə Nizami rayonunda KONSERT